Politoloq: “İvanişvili təcili olaraq hökumətdə yerdəyişmələr edir” MÖVQE

“Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefa verib. O bunun səbəbi kimi hakim komanda daxilində müəyyən məsələlər üzrə fikir ayrılıqlarının olduğunu göstərib”. Bunu SİA-ya politoloq Elxan Şahinoğlu deyib.

“Fikrimcə, bu istefanın arxasında Gürcüstan hakimiyyətinin xaç atası Bidzina İvanişvili dayanır. İvanişvili görür ki, hakim “Gürcü arzusu” partiyasının və hökumətin reytinqi sürətlə aşağı enir. Bu isə gələcək parlament seçkisində müxalifətin qələbə çalmaq və keçmiş prezident Mixail Saakaşvilini geri qayıtmaq imkanlarını artırır. İvanişvili seçkidə məğlubiyyətə dözər, ancaq Saakaşvilini geri qayıdışı onun ən qorxulu röyasıdır. Buna görə də İvanişvili təcili olaraq hökumətdə yerdəyişmələr edir. İki variant var: Ya hökumətin başına özü keçəcək, ya da Kvrikaşvili kimi bir gənci tapıb baş nazir seçdirəcək”-deyə, E.Şahinoğlu fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...