Seymur Orucov: “Film Rüstəm İbrahimbəyovun əsl xislətini ortaya qoydu” AÇIQLAMA

“Mən üzümü vaxtilə Rüstəm İbrahimbəyovun “milli şura”nın rəhbəri olanda onu müdafiə edən insanlara, gənclərə tuturam. Biz deyəndə ki, bu anti-milli şuradır, Azərbaycanın milli-dəyərlərinə sığmayan hərəkətlərlə məşğuldur, bizə inanmırdılar”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP GB sədrinin sözlərinə görə, bu insanlar erməni qüvvələrinin nümayəndələridir və bizə zaman-zaman həyasıcasına hücumlar ediblər: “Tarix isbat etdi ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqının, millətinin düşmənidir. Bu insan Azərbaycan dövlətini, tarixini satmağa hazır olan bir şəxsdir. İbrahimbəyovun çəkmiş olduğu "Qafqaz üçlüyü" filmdə erməni obrazını yüksək tutması, erməni gəncinin üstünlüyünü Azərbaycanda göstərməsi onun əsl xislətini ortaya qoydu. Mən onu müdafiə edənlərə deyirəm ki, siz yenə həyasızcasına onu müdafiə edəcəksiniz?”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...