Rasim Musabəyov: “Sarkisyan qan töksə onun vəziyyəti çətin olacaq” MÜNASİBƏT

“Ermənistanın keçmiş prezidenti və yeni baş naziri Serj Sərkisyan qan tökməsə və bütün Ermənistanı özünə qarşı qaldırmasa vəziyyəti hansısa bir şəkildə nəzarətdə saxlamaq imkanları var”. Bunu SİA-ya açıqlamasında politoloq Rasim Musabəyov deyib.

Politoloqun sözlərinə görə, Sarkisyan qan töksə onun vəziyyəti çətin olacaq: “Nə olub-olmayacağını demək çətindir. Sabah onlar qondarma erməni soyqırımını qeyd edəcəklər. Beləcə küçələrə yüz minlərlə adam çıxacaq. Bunun cilovlanması, tədbirin hansı şəkildə həyata keçiriləcəyini söyləmək bir qədər çətindir.

Ermənistanda qondarma erməni soyqırımınının qeyd edilməsi beynəlxalq ictimaiyyətin marağında deyil. Çünki hər kəs öz işi ilə məşğuldur. Onları daha çox indiki Ermənistanda narahat edir və maraqlandırır. Beynəlxalq ictimaiyyəti 100 il bundan öncə olub-olmayan hadisələr maraqlandırmır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə