İran nüvə proqramını bərpa edəcək

ABŞ prezidenti Donald Tramp mayda sanksiya tətbiqinin dayandırılması qərarının müddətini uzatmayacağı təqdirdə İran nüvə proqramını bərpa edəcək. SİA-nın TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti İranı nüvə sazişinə birtərəfli şəkildə riayət etməyə çağırmamalıdır.

Qeyd edək ki, mayın 12-də D.Tramp sanksiyaların “dondurulması”nın uzadılmasına dair qərar verməlidir. Qərar qəbul edilmədikdə sanksiyalar avtomatik bərpa olunacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB