Ermənistanda daha 37 etirazçı saxlanılıb

Ermənistan polisi Yerevanda etirazçıların daha bir qrupunu saxlayıb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu dəfə 37 etirazçı saxlanılıb.

Saxlanılanlar arasında etiraz aksiyalarının təşkilatçılarından olan David Sanasaryan da var ki, o, Respublika meydanında hərəkətin qarşısını almağa cəhd göstərib.

Hazırda etirazlar Gülbekyan küçəsində davam edir.

Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var. Bu günə qədər 123 etirazçı saxlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə