Məzahir Pənahov sosial şəbəkələrdən danışdı

"Sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında araşdırılacaq". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov bildirib.

Sədrin sözlərinə görə, KİV-lərlə bərabər, sosial şəbəkələr də diqqət mərkəzində olacaq.

Məzahir Pənahov dairə və məntəqə seçki komissiyalarına da xəbərdarlıq edib: "Dairə və məntəqə seçki komissiyaları üçün ən yüksək şərait yaradılıb, komissiya üzvlərinin peşəkarlığını artırmaq üçün təlimlər keçirilməkdədir. Bütün bunları nəzərə alaraq, yanlışlığa yol verən komissiya üzvlərinin bağışlanmayacağını bir daha bəyan edirəm".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə