Sədr müavini: “Seçkilərin hazırlanıb keçirilməsi böyük bir prosesdir” MÜNASİBƏT

“Ümumiyyətlə seçkilərin hazırlanıb keçirilməsi çox böyük bir prosesdir. Bunların içərisində texniki-təchizat məsələləri də mühüm rola malikdir”. Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov SİA-nın əməkdaşının sualını cavablandırarkən deyib.

Qurum rəsmisinin sözlərinə görə, veb-kamera təcrübəsi məhz Azərbaycan təcrübəsi kimi artıq dünyanın bir çox ölkələrində istifadə edilməkdədir: “Təbii ki, bu il də o təcrübəyə əməl edilməsi nəzərdə tutulur. 1000 min məntəqədə veb-kameraların quraşdırılmasına dair işlər yekunlaşmaq üzrədir. Bu yaxınlarda onların təqdimatı keçiriləcək. Səslərin hesablanması və nəticələrin sürətli aşkar olunması, müəyyənləşdirilməsi əslində seçkilərin keyfiyyəti və etibarlığı baxımından bəyənilən addımlardandır. Ona görə də bu texniki imkanlar Mərkəzi Seçki Komissiyasına imkan verir ki, biz seçicilərimizin iradəsinin müəyyən olunması və sürətli ictimailəşdirilməsini həyata keçirək. Yəni təcrübəyə görə biz əslində səsvermə günü seçkilərin ilkin nəticələri ilə bağlı fikri Azərbaycan ictimaiyyətinə çatdıra bilirik. Təbii ki, bu da seçki təcrübəsində inkişaf kateqoriyasına aid edilən amildir. Buna ancaq sevinmək olar”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə