Binəli Yıldırımdan bayram təbriki

Türkiyənin baş naziri Binəli Yıldırım Novruz bayramı münasibəti ilə təbrik edib. SİA-nın verdiyi məlumata görə, baş nazir təbrikini öz "Twitter" səhifəsinə yerləşdirib.

Təbrikdə deyilir: "Bütün həmvətənlərimizi Novruz bayramı münasibətilə səmimiyyətlə təbrik edirəm, arzu edirəm ki, yazı simvollaşdıran bu çox gözəl günəşli gün bütün bəşəriyyətə sülh və bərəkət gətirsin".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə