Çavuşoğlu: "Amerika bəzi ölkələrə yuxarıdan baxır”

“ABŞ dövlət katibinin dəyişməsi martın 19-da Vaşinqtonda planlaşdırılan ABŞ və Türkiyə xarici siyasət qurumlarının rəhbərləri arasındakı danışıqları sual altına qoyur”. SİA-nın verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, Reks Tillerson Türkiyə-Amerika münasibətlərinin mürəkkəb dövründə vəzifəni tərk etdi: “Biz onunla, həqiqətən, çətin şəraitdə çalışmışıq, amma hər halda dialoqu davam etdirmişik”.

Onun sözlərinə görə, Türkiyə qarşılıqlı hörmət əsasında ABŞ ilə dialoqu davam etdirmək istəyir: “Dövlət katibinin kim olacağı bizim üçün əhəmiyyətli deyil, amma bu vəzifəyə gələn şəxs maraq və fikirlərimizə hörmətlə yanaşmalıdır. Amerika bəzi ölkələrə, regionlardakı bəzi problemlərə yuxarıdan baxır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə