Radikal müxalifət iyrənc əməllərindən əl çəkməlidir RƏYLƏR

Siyasi arenada tanınan şəxslər sosial şəbəkələrdə, müxalifət mətbuatında dərc olunanlara qarşıdır

Özünü virtual dünyanın “qəhrəmanı” hesab edən bəzi "mühacirlər" Azərbaycan əleyhinə anti-təbliğat kampaniyası aparmaqda davam edirlər. Bu isə haqlı olaraq ölkə içtimaiyyəti tərəfindən narazılıqla qarşılanır. Ziyalılar, partiya sədrləri, Milli Məclisin deputatları, QHT təmsilçiləri xaricdə oturub sosial şəbəkələr vasitəsi ilə Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr sələndirənlərin əməllərini qətiyyətlə pisləyirlər.

Millət vəkili Eldəniz Səlimov: “Virtual dil qəhrəmanlarına rast gəlinir ki, onlar ailə tərbiyəsini sosial şəbəkələrə gətirirlər”

- Sosial şəbəkələrdə baş alıb gedən hərc–mərclik o yerə gəlib çatıb ki, Azərbaycan xalqına xas olmayan ifadələr işlədilir, buda milli dəyərlərimizə kölgə gətirir. Sosial şəbəkələr informasiya vasitəsi kimi müasir texnologiyanın yaratdığı bir şəbəkədir. Bu vasitədən normal insanların istifadə etməsi hər bir kəsin intellektinin inkişafına, informasiyanın yayılmasına və digər mühüm əhəmiyyət kəsb edən proseslərin insanların nəzərinə çatdırmaqdan ibarətdir. Son vaxtlar müxalifət qazanın dibini yalayan virtual dil qəhrəmanlarına rast gəlinir ki, onlar ailə tərbiyəsini sosial şəbəkələrə gətirirlər. Müxalifətin son mitinqinə çağırışla bağlı səsləndirilən mitinqə gəlmiyənlər kişi deyil ifadəsi hər bir kəsin qəlbinə toxunan ifadədir. Təbii ki, bu ifadəni işlədən hər bir kəsin o ifadəyə mənsub olduğunu araşdırmaq vacib şərtdir. Mübarizəni sivil qaydada aparırlar. Bu gün ölkəmizdə sivil qaydada mübarizə apara biləcək radikal müxalifət yoxdur. Ona görə də Azərbaycan xalqına xas olmayan bu cürə ifadələrlə insanları istiqamətləndirmək özü insanlıqdan kənar bir haldır.

AXP sədri Pənah Hüseynli: “İnsanlar haqqında təhqiramiz ifadələr yazmaq, videolar paylaşmaq yolveriməzdir”

- Ümumiyyətlə, istər Azərbaycanın daxilində, istərsə də xaricdə oturub insanların şəxsi həyatı və yaxudda qohum-əqrabası ilə bağlı hansısa bir hərəkətlər etmək bizim dəyərlərmizə uyğun olan məsələ deyil. Bu baxımdan xaricdə oturub sosial şəbəkələrdə Azərbaycandakı insanlar haqqında təhqiramiz ifadələr yazmaq, videolar paylaşmaq yolveriməzdir. Bunun qarşısını almaq üçün müəyyən təsirli addımalrın atılmasına ehtiyac var.

“Yurddaş” partiyasının sədri Mais Səfərli: “Onların küçə təfəkkürünə malik tullantılar olduğunu göstərir”

- Radikal müxalifət bu gün özünü siyasətdən kənarda qoyaraq ən alçaq, qeyri etik üsullardan istifadə edir. Özlərini mühacir adlandıran şəxslər Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirmələri onların küçə təfəkkürünə malik tullantılar olduğunu göstərir. Hətta həmin şəxslər dövlətimizin simvollarını belə təhqir edirlər. Ona görə də, bunlardan hər şey gözləmək olar. Xaricdə olan həmin şəxslərin bu cür davranışları küçə davranışıdır. Yəni bu siyasi davranış, siyasi fəaliyyət deyil. Siyasətdən, əxlaqdan və mənəviyyatdan uzaq bir məsələdir. Xaricdə olan həmin şəxslərin bu cür hərəkətləri onlara qarşı nifrət hissini daha da artırır. Onsuzda cəmiyyət onları dəstəkləmir. Ona görə də, yaxşı olardı ki, həmin şəxslər iyrənc əməllərindən əl çəksinlər.

AMİP funksioneri Əli Orucov: “Mübarizənin də əxlaqi normaları və qaydaları var”

- Təəssüflər olsun ki, son zamanlar söyüşü, təhqiri, alçaltmaları mübarizə metodu kimi istifadə edənlərin sayı artmadadır. Bu hal təkcə tərbiyə, mənəviyyat və əxlaq problemi deyil, həm də psixoloji problemdir. Mübarizənin də əxlaqi normaları və qaydaları var. Siyasətlə məşğul olanlar hər cür yüksək parametlərinə görə seçilməli, etalon olmalıdırlar. Ola bilsin kimlərsə öz səviyyəsinə uyğun olaraq qeyri-standart yolu seçib, lakin bu heç də o demək deyil ki, eyni üslubda cavab verilsin. Mitinqlər sosial sifarişdir. Cəmiyyətdə narazılıqların olması mümkündür. Bu narazılıqlar sosiallaşmırsa, kütləviləşmirsə, deməli bunun bir günahı da siyasi partiyaların üzərindədir. Kütləvi aksiyaları keçirmək üçün xeyli vaxt və böyük zəhmət, inandırma tələb edir, yoxsa yuxudan durar-durmaz mitinq elan edib, sonra da söyüşlə, təqhirlə mitinqə insanları gətirmək əsla mümkün deyil. O söyüş söyənlər bilməlidirlər ki, söyüşün də iki başı, iki tərəfi olur. Eyni qayda ilə də cavab verilə bilər və verilir də. Sosial şəbəkələrdən söyüşlər yağdıranların hamısı psevdoadlar adında gizlənmiş cəmiyyət üçün yaramaz insanlardır. İnanıram ki, bu cür xoşagəlməz tendensiyalar tezliklə aradan qaldırılacaq. Həmin şəxslər də öz məsuliyyətlərini dərk edəcəklər

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: “Bu etik çərçivələri aşır, əxlaqi prinsiplərə ziddir”

- Təbii ki, bir qrup müxalifət yönlü sosial şəbəkə istifadəçilərinin sosial şəbəkələrdə söyüş söymələri mübarizə metodu deyil. Yəni bu etik çərçivələri aşır, əxlaqi prinsiplərə ziddir. Bir sözlə, siyasi mübarizədə bu cür vasitələrdən istifadə edilməsi yolverilməzdir. Demək olar ki, bu metodlara yol verənlərin əxlaqi səviyyəsinin bir g