Radikal müxalifət iyrənc əməllərindən əl çəkməlidir RƏYLƏR

14 Mart 2018 16:18 (UTC+04:00)

Siyasi arenada tanınan şəxslər sosial şəbəkələrdə, müxalifət mətbuatında dərc olunanlara qarşıdır

Özünü virtual dünyanın “qəhrəmanı” hesab edən bəzi "mühacirlər" Azərbaycan əleyhinə anti-təbliğat kampaniyası aparmaqda davam edirlər. Bu isə haqlı olaraq ölkə içtimaiyyəti tərəfindən narazılıqla qarşılanır. Ziyalılar, partiya sədrləri, Milli Məclisin deputatları, QHT təmsilçiləri xaricdə oturub sosial şəbəkələr vasitəsi ilə Azərbaycan xalqının ünvanına təhqiramiz ifadələr sələndirənlərin əməllərini qətiyyətlə pisləyirlər.

Millət vəkili Eldəniz Səlimov: “Virtual dil qəhrəmanlarına rast gəlinir ki, onlar ailə tərbiyəsini sosial şəbəkələrə gətirirlər”

- Sosial şəbəkələrdə baş alıb gedən hərc–mərclik o yerə gəlib çatıb ki, Azərbaycan xalqına xas olmayan ifadələr işlədilir, buda milli dəyərlərimizə kölgə gətirir. Sosial şəbəkələr informasiya vasitəsi kimi müasir texnologiyanın yaratdığı bir şəbəkədir. Bu vasitədən normal insanların istifadə etməsi hər bir kəsin intellektinin inkişafına, informasiyanın yayılmasına və digər mühüm əhəmiyyət kəsb edən proseslərin insanların nəzərinə çatdırmaqdan ibarətdir. Son vaxtlar müxalifət qazanın dibini yalayan virtual dil qəhrəmanlarına rast gəlinir ki, onlar ailə tərbiyəsini sosial şəbəkələrə gətirirlər. Müxalifətin son mitinqinə çağırışla bağlı səsləndirilən mitinqə gəlmiyənlər kişi deyil ifadəsi hər bir kəsin qəlbinə toxunan ifadədir. Təbii ki, bu ifadəni işlədən hər bir kəsin o ifadəyə mənsub olduğunu araşdırmaq vacib şərtdir. Mübarizəni sivil qaydada aparırlar. Bu gün ölkəmizdə sivil qaydada mübarizə apara biləcək radikal müxalifət yoxdur. Ona görə də Azərbaycan xalqına xas olmayan bu cürə ifadələrlə insanları istiqamətləndirmək özü insanlıqdan kənar bir haldır.

AXP sədri Pənah Hüseynli: “İnsanlar haqqında təhqiramiz ifadələr yazmaq, videolar paylaşmaq yolveriməzdir”

- Ümumiyyətlə, istər Azərbaycanın daxilində, istərsə də xaricdə oturub insanların şəxsi həyatı və yaxudda qohum-əqrabası ilə bağlı hansısa bir hərəkətlər etmək bizim dəyərlərmizə uyğun olan məsələ deyil. Bu baxımdan xaricdə oturub sosial şəbəkələrdə Azərbaycandakı insanlar haqqında təhqiramiz ifadələr yazmaq, videolar paylaşmaq yolveriməzdir. Bunun qarşısını almaq üçün müəyyən təsirli addımalrın atılmasına ehtiyac var.

“Yurddaş” partiyasının sədri Mais Səfərli: “Onların küçə təfəkkürünə malik tullantılar olduğunu göstərir”

- Radikal müxalifət bu gün özünü siyasətdən kənarda qoyaraq ən alçaq, qeyri etik üsullardan istifadə edir. Özlərini mühacir adlandıran şəxslər Azərbaycan haqqında xoşagəlməz fikirlər səsləndirmələri onların küçə təfəkkürünə malik tullantılar olduğunu göstərir. Hətta həmin şəxslər dövlətimizin simvollarını belə təhqir edirlər. Ona görə də, bunlardan hər şey gözləmək olar. Xaricdə olan həmin şəxslərin bu cür davranışları küçə davranışıdır. Yəni bu siyasi davranış, siyasi fəaliyyət deyil. Siyasətdən, əxlaqdan və mənəviyyatdan uzaq bir məsələdir. Xaricdə olan həmin şəxslərin bu cür hərəkətləri onlara qarşı nifrət hissini daha da artırır. Onsuzda cəmiyyət onları dəstəkləmir. Ona görə də, yaxşı olardı ki, həmin şəxslər iyrənc əməllərindən əl çəksinlər.

AMİP funksioneri Əli Orucov: “Mübarizənin də əxlaqi normaları və qaydaları var”

- Təəssüflər olsun ki, son zamanlar söyüşü, təhqiri, alçaltmaları mübarizə metodu kimi istifadə edənlərin sayı artmadadır. Bu hal təkcə tərbiyə, mənəviyyat və əxlaq problemi deyil, həm də psixoloji problemdir. Mübarizənin də əxlaqi normaları və qaydaları var. Siyasətlə məşğul olanlar hər cür yüksək parametlərinə görə seçilməli, etalon olmalıdırlar. Ola bilsin kimlərsə öz səviyyəsinə uyğun olaraq qeyri-standart yolu seçib, lakin bu heç də o demək deyil ki, eyni üslubda cavab verilsin. Mitinqlər sosial sifarişdir. Cəmiyyətdə narazılıqların olması mümkündür. Bu narazılıqlar sosiallaşmırsa, kütləviləşmirsə, deməli bunun bir günahı da siyasi partiyaların üzərindədir. Kütləvi aksiyaları keçirmək üçün xeyli vaxt və böyük zəhmət, inandırma tələb edir, yoxsa yuxudan durar-durmaz mitinq elan edib, sonra da söyüşlə, təqhirlə mitinqə insanları gətirmək əsla mümkün deyil. O söyüş söyənlər bilməlidirlər ki, söyüşün də iki başı, iki tərəfi olur. Eyni qayda ilə də cavab verilə bilər və verilir də. Sosial şəbəkələrdən söyüşlər yağdıranların hamısı psevdoadlar adında gizlənmiş cəmiyyət üçün yaramaz insanlardır. İnanıram ki, bu cür xoşagəlməz tendensiyalar tezliklə aradan qaldırılacaq. Həmin şəxslər də öz məsuliyyətlərini dərk edəcəklər

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev: “Bu etik çərçivələri aşır, əxlaqi prinsiplərə ziddir”

- Təbii ki, bir qrup müxalifət yönlü sosial şəbəkə istifadəçilərinin sosial şəbəkələrdə söyüş söymələri mübarizə metodu deyil. Yəni bu etik çərçivələri aşır, əxlaqi prinsiplərə ziddir. Bir sözlə, siyasi mübarizədə bu cür vasitələrdən istifadə edilməsi yolverilməzdir. Demək olar ki, bu metodlara yol verənlərin əxlaqi səviyyəsinin bir göstəricidir.

Xaricdə oturub sosial şəbəkələrdə Azərbaycan haqqında ağzına gələni danışan şəxslərin əməlləri bütün müstəvilərdə pislənilir. Dövlətin atributları müqəddəsdir və hər bir vətəndaş bu atributlara müqəddəslik prizmasından yanaşmalıdır. Yəni bunlar bir qrup adamlardır xaricdə sığınacaq alıblar, xarici ölkələrin vətəndaşlığını qəbul ediblər. Həmin o şəxslərdə xarici ölkənin vətəndaşlığını qəbul edərkən, o ölkələrdə yaşam haqqı alarkən öz üzərilərinə müəyyən öhdəliklər götürüblər. İndin isə onlar müəyyən dairələrin əlində alətdirlər. Azərbaycanda siyasi mübarizə prinsiplərin onların müxtəlif dairələrin, güclərin əlində əsir olan bu adamların fikirləri ilə ifadə olunması doğru deyil. İndiyə kimi siyasi mübarizədə etik prinsipləri qorunub və bundan sonra da qorunmalıdır. Onların yanaşmaları, baxışları siyasi mübarizəyə gətirmək istədikləri metodlar ciddi qəbul olunmamalı və bütün müstəvilərdə o cümlədən, mətbuat müstəvisində, ictimaiyyət nümayəndələri arasında pislənməlidir. Biz görürük onların bu cür hərəkələrə əl atması pislənilir də, hətta konstruktiv müxalifət düşərgəsindən də həmin şəxslərin bu çağırışlarına mənfi reaksiyalar var.

"İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyinin sədri, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə: “Radikal müxalifət hesab edən qüvvələrin arasında böyük uçurum var”

- Çox təəssüf edirik ki, siyasi mübarizə üsullarında bəzi müxalifət nümayəndələri əxlaqi dəyərlərə məhəl qoymadan hərəkət edirlər. Sosial şəbəkələrin nə qədər müsbət xüsusiyyətləri olmasına baxmayaraq, belə insanların əxlaqi dəyərlərə sığmayan fikirlərinin yayılmasına da imkan yaradığı kimi mənfi xüsusiyyətləri də var. Ümumilikdə hər insan davranışları və fikirləri ilə özünü ifadə edir. Bəzi müxalifət nümayəndələri də sosial şəbəkələrdə etdiyi bu tip “çağrışları”ilə hansı təfəkkürə sahib olduqların açıq-aydın ifadə edir. Bu gün Azərbaycan hüquqi dövlətdir və bütün məsəllər qanunla tənzimlənir. Mitinq keçirmək istəyən partiya və təşkilatlar üçün də imkanlar yaradılıb. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu mövcuddur. Qanunvericiliyin tələbləri əsasında insanların sərbəst toplaşmaq və ifadə azadlığı təmin olunub. Dövlət tərəfindən də bu hüququn həyata keçirilməsinə şərait yaradılır. Eyni zamanda mitinqə iştirak edənlərin və ətraf ərazilərdə olan insanların təhlükəsizliyi təmin olunur. Azərbaycan xalqın mütləq əksəriyyəti isə stabillik və davamlı inkişafın tərəfdarıdır. Bu baxımdan insanlar hər hansı məsələlərin müzakirəsini və təkliflərin verilməsini daha sivil formada aparır və dövlətimin inkişafına öz tövhələrini verirlər. Mitinq isə bir daha onu sübut etdi ki, özlərini radikal müxalifət hesab edən qüvvələrin arasında böyük uçurum var və onlar bir-birlərini qəbul etmirlər. Mitinqdən öncə “REAL” hərəkatının mitinqlə bağlı səsləndirdiyi ittihamlar, eyni zamanda mitinqdə partiya üzvlərinin digər partiya rəhbərlərinin çıxışları zamanı sərgilədiyi münasibət buna əyani sübutdur. Sadəcə bu partiyaların xarici havadarlarının təzyiqi ilə onlar birgə mitinq keçirmək məcburiyyətində qaldılar.

GÜLYANƏ