Seçkiqabağı təşviqat yerləri müəyyənləşdi SİYAHI

Aprelin 11-nə təyin edilən Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat aparmaq üçün ölkənin şəhər və rayon mərkəzlərində müəyyən edilən açıq və qapalı yerlərin siyahısı açıqlanıb. SİA-nın verdiyi məlumata görə, yerlər “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununa müvafiq olaraq ayrılıb.

Bunun üçün ölkənin 76 şəhər və rayonunda yer müəyyən edilib. Müəyyənləşdirilən ünvanların sayı isə 152-dir. Onlardan 76-sı açıq, 76-sı isə qapalıdır. Bakı şəhərinin 12 rayonunun hər birində seçicilərlə görüş üçün açıq və qapalı yerlər ayrılıb.

Qeyd edək ki, seçkiqabağı təşviqat martın 19-da başlayır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...