Ərdoğan: “Mətbuat katibi utanmadan mülki şəxsin öldüyünü bildirir”

“Suriya və İraqın tezliklə sabitliyə qovuşacaığına ümid edirik”. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 23-də hakim Ədalət və İnkişaf Partiyasının əyalət sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyədə 3,5 milyon suriyalı və iraqlı qaçqın var: "Onlara yardım edəndə gördük ki, terror ölkəmizə qədər gəlib. Otuz beş gündür davam edən “Zeytun budağı” əməliyyatı zamanı terrorçular zərərsizləşdirilir, əməliyyat addım-addım irəliləyir və artıq 1000 kənd terrorçulardan təmizlənib”.

Türkiyə prezidenti ABŞ Müdafiə Nazirliyi rəsmisinin Afrinlə bağlı bəyanatına sərt reaksiya verib: "Strateji müttəfiq saydığımız bir dövlətin Müdafiə Nazirliyinin mətbuat katibi utanmadan mülki şəxsin öldüyünü bildirir. Bu utanmaz terrorçulara qarşı mübarizəyə qara yaxmaq üçün orada mülki insanların öldürüldüyünü deyir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə