Sarkisyan Dağlıq Qarabağdan danışdı

Ermənistan prezidenti Serj Sarkisyan livanlı həmkarı Mişel Aounla görüşüb. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, prezidentlər görüşdə bir sıra məsələləri müzakirə ediblər.

Danışıqlar zamanı Sarkisyan həmkarını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində son durum barədə məlumatlandırıb.

Sarksiyanın sözlərinə görə, tərəflər danışıqlar prosesinin davam etdirilməsinin vacibliyinə dair ortaq məxrəcə gəlib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə