Pakistanlı general: "Xocalıda törədilmiş vəhşiliklərin oxşarını görməmişəm"
Azərbaycanın Pakistandakı səfirliyi və Pakistan Xarici İşlər Nazirliyinin İslmabad Strateji Tədqiqatlar İnstitutu tərəfindən təşkil olunmuş, “Xocalı Soyqırımının” 26-cı ildönümünə və “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”nün 100-cü ildönümünə həsr olunmuş “İnsanlığa qarşı cinayətlər-Etnik Təmizləmə və Soyqırımları” mövzusunda seminar İslamabad şəhərində keçirilib.
Səfirlikdən Trend-ə verilən məlumata görə, Pakistan Baş Nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, ehtiyyatda olan general-leytenat Nasir Xan Cancuanın ali qonaq qismində iştirak etdiyi tədbirə İslamabad Strateji Tədqiqatlar İnstitutunun direktoru, səfir Xalid Mahmud, Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal, Türkiyə, Özbəkistan və Tacikistanın Pakistandakı səfirləri, yüksək rütbəli diplomatlar, media mənsubları, tədqiqatçılar və ictimaiyyətin nümayəndələri qatılıblar. Seminarda Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib, Xocalı Soyqırımına dair sənədli film nümayiş etdirilmiş, seminarın keçirildiyi zalın foyesində qətliamın nəticələrini əks etdirən foto-stend, eləcə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, Azərbaycan həqiqətlərinə dair müxtəlif məzmunlu kitablar, bukletlər və digər əyani materiallar sərgilənib, iştirakçılar arasında yayılıb və paylanıb.
Seminarı giriş sözü ilə açan İnstitutun direktoru Xalid Mahmud “Böyük Ermənistan” xəyalları ilə yaşayan erməni ekstremistlərinin tarixən Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yeritdiyini, 1918-ci ilin mart ayında Azərbaycanlılara qarşı kütləvi qırğınlar törətdiyini, özünün Azərbaycana səfəri zamanı Quba məzarlığında bu qəddarlığın şahidi olduğunu qeyd edib, Ermənistan tərəfindən törədilən, tarixin ən dəhşətli hadisələrindən olan Xocalı Soyqırımının artıq dünya tərəfindən qəbul edilərək tanındığını vurğulanıb.
Kayde Əzəm Universitetinin beynəlxalq əlaqələr fakültəsinin professoru Zafar Caspal bəşəriyyət əleyhinə cinayətlərə siyasi mülahizələr səbəbindən zamanında ədalətli qiymət verilmədiyini, ikili standardlar üzündən dünyanın aparıcı dövlətlərinin Ermənistan tərəfindən törədilən soyqırımların, o cümlədən Xocalı Soyqırımına ədalətli münasibət göstərilmədiyini diqqətə çatdırıb, Xocalıya ədalətin bərqərar edilməsinə çağırıb.
Türkiyənin Pakistandakı səfiri İhsan Mustafa Yurdakul Azərbaycan türklərinə qarşı Ermənistanın törətdiyi Xocalı Soyqırımının Türkiyə xalqının zehnində və ürəyində olduğunu, Azərbaycanın ağrı-acısının Türkiyənin ağrı-acısı olduğunu vurğulayaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsinin zəruriliyini, bununla bağlı BMT Təhlükəsizlik Şurası qətnamələrinin icrasının vacibliyini ifadə edib. Dünya güclərinin türk və müsəlmanlara qarşı ayrıseçkiliyə yol verdiyini bildirən səfir Ermənistanın 1915-ci il hadisələrinə dair iddialarının əsassız olduğunu, Ermənistanın türklərə qarşı etnik təmizləmə siyasətindən əl çəkərək, sülhə gəlməli olduğunu deyib.
Son 100 il ərzində böyük Ermənistan dövlətinin yaradılması xülyaları ilə ermənilər tərəfindən azərbaycanlılara və ümumilikdə türklərə qarşı törədilmiş terrorçuluq və etnik təmizləmə siyasəti barədə məlumat verən Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ermənilərin 1905-1907 və 1918-20-ci illərdə azərbaycanlılara qarşı aşkar şəkildə genişmiqyaslı cinayətlər törətdiyini, yalnız Azərbaycanda deyil, Türkiyə, İran və bir sıra digər ölkələrdə qətliamlar həyata keçirdiyini vurğulayıb. 2010-2016-cı illərdə İranda baş konsul işlədiyi vaxtlarda ermənilərin törətdiyi qırğınların hələ də Təbriz, Urmiya, Xoy və Səlmas əhalisinin yaddaşında qalmasının bilavasitə şahidi olduğunu ifadə edən səfir ermənilərin sistemli şəkildə Azərbaycanlılara qarşı soyqırım siyasətini reallaşdırmağa çalışdığını, 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətdiyini, Xocalını yerlə yeksan etdiyini və qədim Azərbaycan tarixini əks etdirən abidələri, muzeyləri və məscidləri tamamilə dağıtdığını qeyd edib. Ümummilli lider Heydər Əliyevin “Xocalı Soyqırımı erməni şovinistləri və millətçiləri tərəfindən son 200 ildə Azərbaycanlılara qarşı davamlı aparılan soyqırım və etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsidir”-sözlərindən sitat gətirən səfir Xocalı Soyqırımını tanıyan ölkələrin sayının ilbəil artdığını bildirərək, 2012-ci ildə Pakistan Senatının xarici əlaqələr komitəsi və 2017-ci ildə Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı Soyqırımının tanınmasına və Ermənistanın Azərbaycan torpaqlarının işğalını sərt şəkildə qınamasına görə Pakistan xalqına və dövlərinə minnətdarlığını çatdırıb. Səfir beynəlxalq hüquqa uyğun olaraq və BMT-nin qətnamələrinə əsaslanaraq, beynəlxalq ictimaiyyəti təcavüzkarın qarşısının alınmasına və soyqırımı törədənlərə qarşı praktiki addımlar atılmasına çağırıb.
Xüsusi qəddarlıqla törədilən Xocalı Soyqırımının tarixin ən ağrılı olaylarından olduğunu və Pakistanın hər zaman Azərbaycanın dərdinə şərik çıxdığını bildirən tədbirin ali qonağı, Pakistan Baş Nazirinin milli təhlükəsizlik üzrə müşaviri, ehtiyyatda olan general-leytenant Nasir Xan Cancua 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra Azərbaycanla Pakistan arasında çox səmimi dostluq və qardaşlıq münasibətlərinin yarandığını və bütün sahələr üzrə inkişaf etdiyini diqqətə çatdırıb. Hərbçi general kimi müxtəlif döyüşlərin şahidi olduğunu, amma Xocalıda silahsız, kimsəsiz insanlara qarşı edilmiş vəhşiliklərin misli görünmədiyini deyən Baş nazirin müşaviri Pakistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində daim Azərbaycanı dəstəklədiyini, 2012-ci ildə Pakistan Senatının, 2017-ci ildə isə Pakistan Milli Assambleyasının xarici işlər komitəsinin Xocalı Soyqırımını tanıyan və Ermənistan qoşunlarının bütün Azərbaycan torpaqlarını tərk etməsini tələb edən müvafiq qətnamələr qəbul etdiklərini bildirib. Ötən dövr ərzində xüsusi tərəqiyyə və inkişafa nail olmuş Azərbaycanın hüzuru ilə yanaşı acısının da Pakistanın acısı olduğunu, Kəşmir məsələsinin həllində Pakistana verdiyi dəstəyə və Kəşmir üzrə İƏT Təmas qrupunun üzvü kimi verdiyi töhfələrə görə Azərbaycana təşəkkürlərini ifadə edən Baş nazirin müşaviri Azərbaycan-Pakistan əlaqələrinin bütün sahələr üzrə daha da inkişaf edəcəyinə əmin olduğunu bəyan edib.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və iştirakçılar üçün təşkil olunan çay süfrəsi ilə yekunlaşıb. Seminar həmçinin, Pakistanın aparıcı televiziyaları və qəzetləri tərəfindən geniş işıqlandırılmış, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin müsahibələri televiziyalarda yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
“Real” səfərdə “Real Sosyedad”ı məğlub edib
İdman 01:45Mərakeş Kralı COP29-a dəvət olunub
Siyasət 01:28Dövlət Komitəsində amerikalı qonaqlarla görüş
Sosial 00:42İndi nə olsun ki, 67 yaşlı həkimsən...
Dünya 00:34Döyüş meydanında vəziyyət sürətlə dəyişir...
Dünya 00:23“Polestar”, “Polestar Phone” adlı ilk smartfonunu təqdim edib
Texnologiya 26 Aprel 23:53Məhkəmə cəriməni ödəmədiyi üçün Kirkorovu cərimələyib
Şou-Biznes 26 Aprel 23:44Bu, ölkənin maliyyə sabitliyinə təsir göstərməyəcək...
Dünya 26 Aprel 23:36Ruslar qonşu ölkə vətəndaşlarını tuta-tuta gedirlər...
Dünya 26 Aprel 23:25Mobil operatorlar SİM kartları kütləvi şəkildə bloklayır...
Texnologiya 26 Aprel 23:14Taksi sürücüləri onlar üçün iş şəraitinin sadələşdirilməsinə çağırıblar...
Dünya 26 Aprel 23:06Vəliyeva nə vaxt ailə qurmağı planlaşdırdığını deyib
İdman 26 Aprel 22:54Rusiyada...kişilər az yaşadı..?
Dünya 26 Aprel 22:45Kanada Kiyevə 2,1 milyon dollar ayıracaq
Dünya 26 Aprel 22:36Zərifə xanım Əliyevanın oftalmologiyanın inkişafındakı xidmətləri...
Sosial 26 Aprel 22:28Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb
Sosial 26 Aprel 22:17Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib
İdman 26 Aprel 22:03Yelena Haqverdiyeva – rəssam və ilham pərisi
Mədəniyyət 26 Aprel 21:54Almaniyadakı həmvətənlərimiz Prezidenti böyük coşqu ilə qarşılayıblar...
Siyasət 26 Aprel 21:47Oirat-Kalmık Xalqları Konqresinin sədr müavini axtarışa verilib
Dünya 26 Aprel 21:35Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
Sosial 26 Aprel 21:24Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
Siyasət 26 Aprel 21:12Bayden Trampla mübahisə etməyə hazır olduğunu deyib…
Dünya 26 Aprel 21:03Hidayət Heydərov dördqat Avropa çempionu olub
İdman 26 Aprel 20:56Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
Sosial 26 Aprel 20:45FİFA və UEFA-nın acığına..?
İdman 26 Aprel 20:36Əliyev və Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2
Siyasət 26 Aprel 20:30Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirilib-YENİLƏNİB-2
Siyasət 26 Aprel 20:24Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
Mədəniyyət 26 Aprel 20:16"Roma"da yeni müqavilə
İdman 26 Aprel 20:04Zərifə Əliyeva - Böyük alim, Böyük insan
Siyasət 26 Aprel 19:58Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
Dünya 26 Aprel 19:55Londonda iki nəfər Ukrayna ilə əlaqəli anbarı yandırıb
Dünya 26 Aprel 19:47Prezident BƏƏ naziri ilə görüşüb
Siyasət 26 Aprel 19:44Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir
Təhsil 26 Aprel 19:36Konqoda daşqınlar nəticəsində 10 nəfər ölüb
Dünya 26 Aprel 19:24Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi
Siyasət 26 Aprel 19:12"Barselona" satışa əsas namizədi müəyyənləşdirib...
İdman 26 Aprel 19:05İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub
Turizm 26 Aprel 19:01"Bu məşqçilər Tuxellə müqayisə oluna bilməz"
İdman 26 Aprel 18:56Tacikistan vətəndaşlarına Rusiyaya getməyi qadağan edir..?
Dünya 26 Aprel 18:45Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
Dünya 26 Aprel 18:35Entoni Blinken İsrailə səfər edəcək
Dünya 26 Aprel 18:24“Tayyib Ərdoğanın ürəyinə və ya iradəsinə zəncir vura bilməzsiniz...”
Dünya 26 Aprel 18:14Qarşılıqlı səfərlər inkişafa xidmət edir – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Siyasət 26 Aprel 18:07Ruslara yeni səfərbərlik lazım olacaq..?
Dünya 26 Aprel 18:05Almaniya prezidenti Türkiyə səfərini qiymətləndirdi
Dünya 26 Aprel 17:55Güvənilməyən FƏRQLİ RİTORİKA - TƏHLİL
Siyasət 26 Aprel 17:43Qiymətli metalların geoloji axtarışı aparılacaq
İqtisadiyyat 26 Aprel 17:32İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB - FOTO
Siyasət 26 Aprel 17:28Mənzil alışındakı yeniliklər nəyi dəyişəcək? - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 26 Aprel 17:13Prezident İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü olub - YENİLƏNİB - FOTO
Siyasət 26 Aprel 17:10Görkəmli tarzən Ramiz Quliyevlə gənclərin görüşü keçiriləcək
Sosial 26 Aprel 17:05Masallıda şəhid ailəsi üçün tikilən ev istifadəyə verildi
Sosial 26 Aprel 17:01"Uşaqla daima işbirliyi içində olmaq lazımdır" - PSİXOLOQ İZAH ETDİ
Sosial 26 Aprel 17:00Masallı rayonunun Şərəfə kəndində yeni məhəllə təbii qazla təmin olundu
Sosial 26 Aprel 16:57Prezident İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirilir
Siyasət 26 Aprel 16:53Layihə çərçivəsində reallaşdıracağımız işlərlə bağlı silsilə görüşlərə başlamışıq
Sosial 26 Aprel 16:49Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Hadisə 26 Aprel 16:49"Statistika anlayışı və statistik məlumatlara giriş imkanları" - Masallıda seminar
Sosial 26 Aprel 16:49Dünya Qastroenteroloqlarının 20-ci beynəlxalq konqresi öz işinə başlayıb
Sosial 26 Aprel 16:47Azərbaycanın uğurlarının kölgəsində alışıb yananlar - ŞƏRH
Siyasət 26 Aprel 16:43İlham Əliyev Almaniyanın XİN başçısı ilə görüşüb
Siyasət 26 Aprel 16:41“Əli Kərimli çox böyük səhv edib” - DEPUTAT SƏRT DANIŞDI
Siyasət 26 Aprel 16:40Yaşıl dünya boyalarda... - Masallıda tədbir
Sosial 26 Aprel 16:40Kəmaləddin Heydərov Göygöl şəhərində vətəndaşları qəbul edib - FOTOLAR
Hadisə 26 Aprel 16:38Azərbaycan cüdoçusu Avropa çempionatında yarımfinala yüksəlib
İdman 26 Aprel 16:36İlham Əliyev Berlində böyük coşqu ilə qarşılanıb
Siyasət 26 Aprel 16:35Finlandiya Prezidentinə Bakıda keçiriləcək COP29-a dəvət
COP29 26 Aprel 16:32Final oyununda nominal ev sahibi bəlli olub
İdman 26 Aprel 16:31Bu məktəblərdə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Təhsil 26 Aprel 16:28DVX tibb müəssisələrinin nümayəndələri ilə görüş keçirib
İqtisadiyyat 26 Aprel 16:2736 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının qalibi olub
Təhsil 26 Aprel 16:26"Azərkosmos" yeni əməkdaşlıqlara başlayıb - FOTOLAR
İqtisadiyyat 26 Aprel 16:24Etibarın və etimadın tək ünvanı –Azərbaycan! TƏHLİL
Siyasət 26 Aprel 16:23Azərbaycanda elektron kitabxana işinin təşkilində problemlər var - AMEA prezidenti
Siyasət 26 Aprel 16:23Böyük dəstəyin göstəricisi
Siyasət 26 Aprel 16:22AFFA İntizam Komitəsi dörd kluba texniki məğlubiyyət verib
İdman 26 Aprel 16:05Əli Əsədov yeni qərar imzalayıb
İqtisadiyyat 26 Aprel 16:04Azərbaycanda nağdsız ödənişlərin məbləği martda 60 % artıb
İqtisadiyyat 26 Aprel 16:03Azərbaycan banklarına qoyulan depozitlər cüzi azalıb
İqtisadiyyat 26 Aprel 15:59"Kadr məsələsi ön plandadır" - DEPUTAT FİKİR BİLDİRDİ
Sosial 26 Aprel 15:58Azay Quliyev Danimarkaya gedir
Siyasət 26 Aprel 15:58Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib - FOTOLAR
Siyasət 26 Aprel 15:56“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Siyasət 26 Aprel 15:51Güclü əməkdaşlıq mövcuddur
Siyasət 26 Aprel 15:49Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktor
İdman 26 Aprel 15:48Çörək yeyəndə, de, bismillah! -FELYETON
Sosial 26 Aprel 15:45Özəl xəbərlər
Digər xəbərlərGüvənilməyən FƏRQLİ RİTORİKA - TƏHLİL
Siyasət 26 Aprel 17:43Mənzil alışındakı yeniliklər nəyi dəyişəcək? - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 26 Aprel 17:13"Uşaqla daima işbirliyi içində olmaq lazımdır" - PSİXOLOQ İZAH ETDİ
Sosial 26 Aprel 17:00Layihə çərçivəsində reallaşdıracağımız işlərlə bağlı silsilə görüşlərə başlamışıq
Sosial 26 Aprel 16:49“Əli Kərimli çox böyük səhv edib” - DEPUTAT SƏRT DANIŞDI
Siyasət 26 Aprel 16:40Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
- USD 1,7000 0,00%
- EUR 1,8227 +0,12%
- GBP 2,1249 +0,26%
- RUB 0,0185 +0,54%