MSK-nın növbəti iclası keçirilib YENİLƏNİB

Bu gün Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, əvvəlcə Komissiyanın 17 fevral 2018-ci il tarixində keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra ölkə üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələyə baxılıb. Komissiya üzvləri tərəfindən aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası üzrə 2018-ci ilin daimi seçici siyahılarının dəqiqləşdirilməsi, tərtib edilməsi, təsdiq edilməsi və ictimailəşdirilməsinin cari ilin martın 3-dək başa çatdırılması qərara alınıb.

Komissiyanın iclasında həmçinin, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş Ramazan Ələkbər oğlu Bəkirovun namizədliyinin irəli sürülməsi təsdiq olunub.

Beynəlxalq təşkilatların, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə