Penitensiar xidmətin əməkdaşları üçün seminar keçirilib

Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planına əsasən həyata keçirilən Avropa ittifaqı və Avropa Şurasının “Azərbaycanda penitensiar xidmətin islahatlarına əlavə dəstək” birgə layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlər davam etdirilir.

SİA-nın verdiyi məlumata görə, layihə çərçivəsində Penitensiar xidmətin Baş idarəsinin və cəzaçəkmə müəssisələrinin məsul əməkdaşları üçün 5-6 dekabr 2017-ci il tarixlərdə növbəti seminar-təlimlərə yekun vurulub.

Təlimlərdə Penitensiar xidmətin Baş idarəsinin 10 və layihənin pilot icrası üçün seçilmiş 1, 4 və 16 saylı cəzaçəkmə müəssisələrinin 12 əməkdaşı iştirak ediblər.

Seminarda Avropa Şurasının Bakı ofisinin əməkdaşları və layihə üzrə beynəlxalq ekspertlər tərəfindən təhlükəsizlik nəzəriyyəsi, sosial yönümlü modelləşmə, fərdi əməkdaş proqramı, məhbus və işçi heyət arasında münasibət, riskin qiymətləndirilməsi, cəzaçəkmənin planlaşdırılması və s. mövzularda mühazirələr təqdim edilib, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb və əməkdaşların seminar zamanı əldə etdikləri biliklərin qiymətləndirilməsi aparılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə