Milli Məclis 2018-ci ildə iki beynəlxalq tədbirə ev sahibliyi edəcək

2018-ci ildə Milli Məclis iki beynəlxalq tədbirə ev sahibliyi edəcək. SİA-nın xəbərinə görə, bunu barədə Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında 2018-ci ilin büdcə müzakirələri zamanı deyib.

Sədr bildirib ki, 2017-ci ildə xarici ezamiyyət üçün vəsait az olsa da, beynəlxalq tədbirlərdə Milli Məclis layiqincə təmsil olunub: “Azərbaycanda hələ indiyə qədər Milli Məclis tərəfindən hansısa qonağın layiqincə qəbul olunmaması halı olmayıb. Maliyyə Nazirliyi ilə heç bir problem yoxdur. Gələn il Parlament İttifaqı Gənclərinin toplantısı və ATƏT-in xətti ilə İpək Yolu dəstək proqramı üzrə 30 ölkənin iştirakı ilə tədbir keçiriləcək".

O.Əsədov bildirib ki, bunlar büdcədə nəzərdə tutulmasa da, əlavə tədbir kimi olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə