Milli Məclisdə maliyə amnistisiyasının elan edilməsi təklif olunub

Milli Məclisdə Azərbaycanda maliyə amnistisiyasının elan edilməsi təklif olunub. SİA-nın məlumatına görə, büdcə müzakirələrində çıxış edən Tahir Kərimli bildirib ki, bu məsələni uzatmaq lazım deyil: “Biz gözləyirik ki, nə vaxtsa varlı insanlar cəzalandırılacaq. Gürcüstanda eks baş nazir İvanişvili Kutaisidə universitetin tikintisi üçün 1 milyard avro vəsait ayırıb. Hesab edirəm ki, bizdə maliyyə amnistiyası olsa, ölkədən kapital axını baş verməz, bu pullar daxildə yatırılar”.

Deputat tarif siyasətinə də toxunaraq deyib ki, Tarif Şurasına ya nazirlər özləri daxil edilsin, ya da hökumət qiymət siyasətinə ciddi nəzarət etsin.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə