Türkiyə, Rusiya və İran xarici işlər nazirlərinin görüşü keçirilib

Antalyada Türkiyə, Rusiya və İran xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Cavad Zərifin görüşü başa çatıb. SİA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, görüş Suriya böhranının tənzimlənməsi və noyabrın 22-də Soçidə keçiriləcək Türkiyə-Rusiya-İran sammitinə həsr olunub. Görüş 2 saata qədər davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə