Səməd Seyidov: "Avropa Şurası ilə münasibətləri ciddi təhlil etməliyik"

“Avropa Şurası Parlament Assambleyasının son sessiyası Azərbaycan nümayəndə heyəti üçün aktiv, ölkəmizin maraqlarının müdafiəsi ilə müşahidə olunub. Lakin qeyd edək ki, bu sessiya digərlərindən fərqli olaraq bizim üçün asan keçməyib”. SİA-nın xəbərinə görə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Milli Məclisin payız sessiyasının növbəti plenar iclasında deyib.

Onun sözlərinə görə, Avropa Şurasının son sessiyanın bir neçə günü Azərbaycana həsr olunub: “Azərbaycanla bağlı məsələ yalnız Avropa Şuraıdnın böyük iclasında deyil, komitələrdə, siyasi partiyalarda da müzakirə olunurdu. Avropa Şuraısnın özündə gedən proseslər ona dəlalət edir ki, onlar hansısa ölkəni hədəf seçib öz problemlərini həll etməyə çalışırlar. Bütün ölkələrdə müəyyən problemlər var. Bizdən başqa monitorinqdə 10 dan çox ölkə iştirak edir. Lakin nədənsə onlar kənara qoyulur, Azərbaycan isə hədəf seçilir. Azərbaycanlıa bağlı qətnamələrin qəbulu bizi təəssüfləndirir. Onların qəbulu prosesində Azərbaycana nəinki mənfi münasibət bəsləyən, hətta ölkəmizə nifrət edən deputatlar iç üzlərini ortaya qoyaraq səsermədə iştirak etdilər”.

S. Seyidov söyləyib ki, sessiyada ölkəmizə qarşı çıxış edənlər Azərbaycan la bağlı qeyri-obyektiv fikirlər irəli sürüblər: “Avropa Şurası bizim üçün ölkəmizin fikirlərinin səsləndirilməsi baxımından həddindən artıq vacib tribunadı. Əgər bizi həmin tribunadan məhrum etmək istyirlərsə, bunun arxasında düşmənlərimiz dayanır”.

Deputat söyəyib ki, Azərbaycan prezidentinin həyata keçirdiyi yüksək siyasət bütün Avropaya bəllidir: “Lakin orada çıxış edən deputatların fikirlərinin heç biri həqiqət deyil. Lakin burada ən problemli məsələrdən biri Avropa Şurasının baş katibinin Avropa Şurasının ən yüksək dəyərlərini alətə çevirərək Azərbaycana təzyiq göstərməsidir. Bu gün yalnız bir insanın hüquqularını tələb etmək, lakin 1 milyon qaçqının hüquqularından imtina etmək Azərbaycaba qarşı ədalətsizlikdi. Biz bu tələbi Avropa Şurasının hər zaman qarşısında qoymuşuq".

“Azərbaycanla bağlı qətnamələrin qəbulunda səsvermə zamanı bir sıra insanlar təsir altına düşərək səs veriblər. Burada ilk növbədə Ukraynadan olan deputatları qeyd etmək istəyirəm. Ukrayna deputatları Azərbaycan əleyhinə çıxış ediblər. Bildiyiniz kimi Ukrayna-Azərbaycan əlaqələri inkişaf mərhələsini yaşayır. Təəssüf ki, həmin deputatlar Azərbaycanın əleyhinə səs veriblər. Bu onların Ukraynaya qarşı çıxması deməkdir. Yalnız Paraşenkonun partiyasından olan deputatlar Azərbaycanın əleyhinə çıxmmayıblar”- deyə, S. Seyidov qeyd edib.

Avropa Şurasında Azərbaycan- Tükiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən deputat söyləyib ki. qardaş ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu da çıxışında da buna aydınlıq gətirib: “Bizim əlaqələrimiz möhkəmdir. Bir neçə nəfərin Dağlıq qarabağa qanunsuz səfəri bu mənzərəni dəyişə bilməz”.

“Nümayəndə heyəti Avropa Şurasında baş verənlərə baxmayaraq, öz mövqeyini ortaya qopyub. Nümayəndə heyəti 16 ildir ki, Avropa Şurasında fəaliyyət göstərir. Əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycana olan hücum uğurlarımızın məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Onlar uğurlu siyasətə qarşı çıxırlar. Biz Avropa Şurası ilə münasibətləri ciddi təhlil etməliyik. Əgər biz xoşagəlməz hadisələrin baş verdiyini görürüksə, o zaman ciddi qərarlar qəbul etməli, sözmümü deməliyik. Bu gün Avropa Şurası Avropa demək deyil, Avropa məkanı çox genişdir. Biz işlərimizi bu istiqamətdə görməliyik. Təzyiqlər həddindən artıq böyükdür. Lakin Azərbaycanı istəməyən qüvvələr var ki, onlar buna mane olmaq istəyirlər”.

Müəllif: Nailə Məhərrəmova
loading...