Elmar Məmmədyarovun BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşləri davam edir

Xarici işlər naziri Elmar Məmmədyarov Vanuatunun Xarici Əlaqələr, Beynəlxalq Əməkdaşlıq və Xarici Ticarət naziri Bruno Leingkone ilə görüşüb.

Nazirlikdən SİA-ya verilən məlumata görə, görüş BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində keçib.

Görüş zamanı Azərbaycan və Vanuatu arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalanıb. Bruno Leingkone Azərbaycanın Vanuatu ilə sözügedən kommünikeni imzalayan 104-cü ölkə olduğunu qeyd edib.

Daha sonra iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və seçkili orqanlarda qarşılıqlı dəstək məsələlərinə toxunulub.

Görüşdə tərəflər arasında BMT Baş Məclisinin 72-ci sessiyasının gündəliyində duran aktual məsələlər müzakirə olunub.

loading...