İşğalçı Ermənistan təşvişə düşüb

Ermənistanın müdafiə naziri Viqen Sarkisyanın ermənilərin pilotsuz uçuş aparatlarının istehsalı ilə bağlı açıqlamasına Azərbaycan tərəfinin cavabı özünü çox gözlətməyib. SİA-nın verdiyi məlumata görə, hərbi ekspert, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov ermənilərin yalan danışdığını və əslində hərbi texnikaların yararsız vəziyyətdə olduğunu bildirib.

Ehtiyatda olan general qeyd edib ki, Ermənistanın iqtisadi durumu və hərbi sənayesinin hazırkı acınacaqlı vəziyyəti bizə çox yaxşı bəllidir: "Düşmən ölkənin istifadəsində olan PUA-ların kustar üsulla hazırlandığı, başqa ölkələrdən ucuz qiymətə alındığı və onların aşağı keyfiyyətli olması da sirr deyil. O ki, qaldı Viqen Sarkisyanın bu kimi əsassız və absurd fikirlərinə, o ilk dəfə deyil ki, belə çıxışlar edir və bununla da artıq heç kimi təəccübləndirmir. Bu cür çıxışları o, əsasən Azərbaycan tərəfi hər hansı bir ölkə ilə hərbi-texniki əməkdaşlıq istiqamətində uğurlu addım atdıqdan dərhal sonra səsləndirir. Bu isə Azərbaycanın hərbi potensialının artmasından işğalçı dövlətin narahat olaraq təşvişə düşməsi ilə əlaqədardır”.

loading...