Həmməruzəçilərin Azərbaycana səfər edəcək PROQRAM

AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Azərbaycana səfər proqramları məlum olub. SİA-nın AŞPA-ya istinadən verdiyi məlumata görə, onlar sentyabrın 14-16-da Bakıya faktaraşdırıcı səfər edəcəklər. Səfər zamanı onlar Azərbaycan prezidenti, Prezident Administrasiyasının rəhbəri və ədliyyə naziri ilə görüşəcəklər. Parlamentin sədri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüş olacaq.

Həmməruzəçilər həmçinin vətəndaş cəmiyyəti üzvləri, jurnalistlər və həbsdə olan şəxslərin vəkilləri ilə görüşmək niyyətindədirlər. Həmçinin, onlar həbsdə olan şəxslərlə fərdi söhbət aparmaq barədə müraciət ediblər.

loading...