Xəstəliklərdən canımızı necə qurtaraq? MÜTƏXƏSSİS RƏYİ - ÖZƏL

Payız mövsümünün son günləridir. Dekabrın 21-də Azərbaycana qış mövsümü gələcək. Yeni fəsil özü ilə soyuq gətirməklə yanaşı, həm də xəstəliklər gətirir desək yanılmarıq. Aparılan müşahidələr, eləcə də mütəxəssislər tərəfindən açıqlanan məlumatalara istinadə edərək deyə bilərik ki, insanlar daha çox məhz bu mövsümdə xəstələnir. Ən çox yoluxduğumuz xəstəlik isə qrip, zökəm, yüksək temperatur olur.

Bəs görəsən bunun səbəbləri nədir və qarşısını necə ala bilərik?

Mövzu ilə bağlı saytımıza açıqlama verən fitoterapevt Sadiq Salami bildirib ki, havalar kəskin soyuyan zaman insanlarda zökəm, soyuqdəymə, yuxarı tənəffüs yollarının xəstəlikləri daha çox özünü göstərir.

Onun sözlərinə görə, bəzən elə olur ki, hətta həkimlər müəyyən virusla bağlı həyəcan təbili çalır: “Ümumiyyətlə, payızı-qış mövsümündə insanların immun sistemi bir qədər zəif olur. İmmun sistemi yüksək olan şəxs yüzlərlə virusa yoluxan şəxsin arasında olsa da, ona xəstəlik keçməz. Lakin immun sistemində biraz da olsa zəiflik varsa, o zaman həmin insanın xəstəliyə yoluxma ehtimalı daha çox olur. Bu baxımdan ehtiyatlı olmaq immun sisteminin aşağı düşməməsinə diqqət etmək vacibdir”.

Mütəxəssis söyləyib ki, havalar soyuduqda insanlar geyimlərinə diqqət etməldir: “Bununla yanaşı bu mövsümdə qida rasionuna diqqət etməliyik. Qış aylarında bol vitamin C qəbul etmək lazımdır. Bu vitamini biz hazırda limon və portağaldan əldə edə bilərik. Onu da qeyd edim ki, portağalın qabığında vitemin C onun tərkibindən daha zəngindir. Belə olan halda, onun qabığından çay dəmləməsində istifadə etmək olar. Bununla yanaşı, gündəlik vitamin C ehtiyatını təmin etmək üçün limonu buz dolabında doondurub daha sonra bütün şəkildə rəndələyib, istənilən qidada istifadə etmək mümkündür. Çiçək tozundan hər gün 1 çay qaşığından istifadə etməklə immun sistemi gücləndirmək mümkündür”.

S. Sadiqin fikrincə otaqda Ətirşah bitgisini saxlamaqla özümüzü virusa yoluxmaqdan xilas edə bilərik: “İmmuniteti gücləndirən əsas vasitələrdən biri qarazirə tozu və ya yağıdır. Heyvanın özü də müalicə üduludur. Heyvanın özü, yarpağı, toxumu soyuqdəymə əleyhinə istifadə edilə bilər. Çay dəmləyərkən heyva atmaq məsləhət görülür. Uşaqların immun sistemini yüksəltmək üçün giləmeyvələrdən istifadə etmək olar. 50 qram quş armudu, 50 qram ayı üzümünü çay şəklində istifadə etmək və ya 1 gün suda isladıb ət maşınından çəkərək üzərinə bal qatmaqla məcun hazırlamaq olar. Hər gün səhər uşaqlara 1 çay qaşığı verməklə immun sistemini gücləmdirmək olar. Lakin bu vasitədən qısa deyil, bütün mövsüm boyu edilməlidir”.

Fitoterapevtin sözlərinə görə, immun sisteminin 50 faizi ana bətnində, 50 faizi isə sonradan formalaşır: “ Ona görə də, hamilə qadınlar 9 ay müddətində qida rasionuna fikir verməlidirlər. Bu müddət ərzində xanımlar zərərli qidalardan, xüsusilə də qazlı içkilərdən uzaq olmalıdırlar. Hamilə qadınların buğda cücərməsindən istifadəsi mütləqdir. Alkaqollu içki və tütün məmulatlarından istifadə, oturaq həyat, əsəb, stress immun sisteminin zəiflədən əsas səbəblərdəndir. Aktiv həyat tərzi keçirmək, idmanla məşğul olmaq, kontrast təzadlı vannalar qəbul etmək, təmiz havada gəzmək immun sisteminə müsbət təsir edən vasitələrdən sayılır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə