İngilis professor: Saçları tez-tez boyamaq süd vəzi xərçənginə yol açır!
London klinikalarının birində çalışan professor Kefax Mokbel bildirir ki, saçları tez-tez boyamaq süd vəzi xərçənginin riskini artırır. İngilis alimin sözlərinə görə, bunun səbəbi kimyəvi boyaların tərkibində olan ziyanlı maddələrdir. "Saçları ildə 2 dəfədən artıq boyamaq olmaz. 40 yaşdan sonra qadınlar xüsusilə ehtiyyatlı olmalıdır", - professor bildirib.
Onun müşahidələrinə görə, saçları tez-tez kimyəvi boyalarla boyayan qadınlar saçları boyamayan qadınlarla müqayisədə 14% daha tez-tez süd vəzi xərçənginə tutulur. Professor saçların boyanması üçün təbii vasitələrdən (xına, basma, çay, qəhvə, çobanyastığı və s.) istifadə etməyə çağırır.
Bütün xəbərlər Facebook səhifəmizdə