Suraxanı rayonunda 2 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət alıb

Bakının Suraxanı rayonunda 2 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində yolda baş verib.

İki minik avtomobilinin toqquşması zamanı 1983-cü il təvəllüdlü Məmmədov Yaşar Rafiq oğlu xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...