19 yaşlı qız avtobusda partlayışa səbəb oldu yaralılar var

Qvatemalanın paytaxtında sərnişin avtobusunun salonunda partlayış baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində 6 nəfər yaralanıb. Ən ağır travmanı partlayışa səbəb olan 19 yaşlı qız alıb. Gənc qızın niyyəti avtobusu partlatmaq deyil, sadəcə sürücünü bu yolla qorxudaraq soymaq olub.

Hazırda qız polisin nəzarəti altında xəstəxanada yatır. Hökumət qızın hər hansı terror qruplaşmasına aid olub-olmadığını müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, yanvarın 17-də Kolumbiyanın paytaxtında avtomobilin partlaması nəticəsində 21 nəfər ölmüş, 68 nəfər yaralanmışdı.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə