Ağstafada təcili yardım avtomobili qəzaya uğrayıb

Ağstafada bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon Təcili Tibbi Yardım Stansiyasına məxsus maşın "Mercedes" markalı avtomobillə toqquşub

Hadisə zamanı təcili yardım maşınının sürücüsü, 1984-cü il təvəllüdlü Xasayev Tural Əbulfət oğlu, tibb bacısı, 1976-cı il təvəllüdlü Əliyeva Yeganə Telman qızı və təcili yardım maşınındakı xəstənin qohumu, 1966-cı il təvəllüdlü Məmmədova Sevda Mamat qızı xəsarət alıblar. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...