Cəlilabadda 3 otaqlı tikili yanıb

Cəlilabadda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Cəlilabad rayonunda birmərtəbəli 3 otaqlı köməkçi tikilinin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 15 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə