Regionlar təbliğat kampaniyasına daha aktiv qoşulub FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Prezidentliyə namizədliyi irəli sürülmüş Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin təbliğat materiallarının yayılmasına başlanılıb. YAP-ın Mərkəzi Seçki Qərargahının Kürdəmir rayon şöbəsi 11 aprel 2018-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezident seçkiləri ilə əlaqədar indiyədək partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq müvafiq mərhələlər üzrə nəzərdə tutulan işləri uğurla həyata keçirməkdədir. Bu gün Seçki Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasına start verilib. Təbliğat-təşviqat kampaniyasının başlaması ilə əlaqədar Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən İlham Əliyevin plakatları məntəqələr üzrə müvafiq ayrılmış lövhələrə yapışdırılıb. Bu prosesi əsasən partiyanın gənc fəallarından ibarət olan qrup həyata keçirib. YAP Kürdəmir rayon təşkilatının fəal gənclərindən yaradılmış təbliğat-təşviqat komandası Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin plakatlarını məntəqə seçki komissiyalarının ərazisindəki təbliğat-təşviqat lövhələrinə yapışdırılması prosesini uğurla sona çatdırıb.

CƏLİLABAD

Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı və partiyanın mərkəzi qərargahının Cəlilabad şöbəsi 11 aprel 2018-ci ildə keçiriləcək Prezident seçkilərinin yüksək səviyyədə və rayonun seçicilərinin siyasi fəallığı şəraitində keçirilməsini təmin etmək məqsədilə nəzərədə tutulmuş hazırlıq tədbirlərini davam etdirir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səsvermə gününə 23 gün qalmış – yəni 19 mart 2018-ci il tarixdən rayonda seçkiqabağı təbliğat-təşviqat tədbirlərinə start verilmişdir.

19 mart 2018-ci ildə səhər saat 8:00-dan başlayaraq Azərbaycan Respublikasının prezidentliyinə Yeni Azərbaycan Partiyasının VI qurultayında namizədliyini irəli sürdüyü Cənab Əliyev İlham Heydər oğlunun portretlərinin müəyyən olunmuş yerlərdə asılması tədbirlərinə başlanılmışdır. Bu məqsədlə rayonun 3 seçki dairəsinin əhatə etdiyi ərazilərdə gənclərdən və partiya fəallarından ibarət ayrıca qruplar yaradılmış və bu gün səhər saat 8:00-dan başlayaraq həmin qruplar onlara tapşırılmış işin icrasına başlamışlar. Cəlilabad rayonunun 87 seçki məntəqəsinin əhatə etdiyi bütün yaşayış məntəqələrində həmin tədbir yüksək siyasi fəallıq şəraitində davam etdirilir və seçicilər tərəfindən rəğbətlə qarşılanır.

Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatı və partiyanın seçki qərargahının Cəlilabad şöbəsi 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinin şəffaf, demokratik seçicilərin mütəşəkkilliyi və yüksək siyasi fəallığı şəraitində keçirilməsi və bu seçkilərdə YAP-ın namizədinin seçicilərin mütləq əksəriyyətinin səslərini qazanmalarının təmin olunması üçün yaşayış məntəqələrində, əhalinin cəmləşdiyi və gur olduğu yerlərdə təbliğat-təşviqat tədbirlərinin və partiyanın namizədləri ilə seçicilərin görüşlərinin yüksək səviyyədə təşkil olunması və keçirilməsini təmin etmək üçün təşkilatçılıq və siyasi işi davam etdirir.

İMİŞLİ

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatında rayonun 79 saylı İmişli və 80 saylı İmişli- Beləqan seçki dairələri üzrə icazə verilən ərazilərdə şəkil vurma kompaniyası başlandı.

QAX

YAP Qax rayon təşkilatı 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək ümumxalq səsverməsi - referenduma hazırlıqla bağlı təbliğat-təşviqat kompaniyasına start verdi. Səhər saatlarından “Yeni Azərbaycan” təşviqat qrupunun plakatları seçki məntəqələrinin ərazisində quraşdırılmış təbliğat-təşviqat lövhələrinə yapışdırıldı. Bu kompaniyada YAP Qax rayon təşkilatının gənc fəallardan ibarət qrupu aktiv şəkildə fəaliyyət göstərdilər. YAP Qax rayon təşkilatı fəaliyyət proqramına uyğun olaraq təbliğat kampaniysı dövründə seçki qərargahının təyin etdiyi təbliğat qrupları vasitəsilə seçicilər arasında təbliğat-təşviqat materiallarının paylanması nəzərdə tutmuş və eyni zamanda əvvəlcədən tərtib olunmuş qrafikə əsasən müəyyən olunmuş açıq və qapalı yerlərdə seçicilərlə görüşlər planlaşdırmışdır. Əminliklə deyə bilərik ki, bütün seçkilərdə olduğu kimi bu referendumda da Azərbaycan xalqı, Azərbaycan seçicisi bizim şüarımızda da deyildiyi kimi təklif olunan əlavə və dəyişikliyə hə deyəcək və respublikamızın inkişafına, dövlətimizin daha səmərəli idarə olunmasına səs verəcəklər.

Zərdab

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq prezident seçkilərinin təbliğat-təşviqat kampaniyasına start verdi. Təbilğat kampaniyasına “İlhamla İrəli ” devizi altında plakatların təbliğat lövhələrində asılması ilə başlanıldı.

Təşviqat qurupunun üzvləri və gənc YAP-çılar kampaniyanı yüksək ruh yüksəkliyi ilə və coşqu ilə başa çatdırdılar. Zərdab rayonu ərazisində 92 saylı Zərdab –Ucar seçki dairəsi üzrə 42 seçki məntəqəsi yerləşir. Zərdab rayonu üzrə 35435 seçici qeydiyyatdadır. Zərdab rayon seçiciləri həmişə olduğu kimi bu dəfə də fəallıq və mütəşəkkillik göstərirlər. Bütün seçkilərdə olduğu kimi Yeni Azərbaycan Partiyasının və onun layiqli namizədinin bu seçkidə də qələbəsi mütləqdir. Çünki, Azərbaycan 2003-2018-ci illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm tarixi nailiyyətlər qazanıb. Qarşıda isə yeni və böyük vəzifələr dayanır. Növbəti 7 il üçün təqdim olunan proqram keçilən yolun nailiyyətlərinə əsaslanır, ölkəmizin inkişafı, insanlarımızın rifahının yaxşılaşması naminə "İlhamla irəli" devizi altında 15 il ölkəmizə xidmət göstərmiş siyasətin bundan sonra da davam etdirilməsinə, dövlətimizin qüdrətini və əzəmətini daha da artırmaq məqsədinin gerçəkləşməsinə xidmət edir. Ona görə də xalqın qarşıdan gələn prezident seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyevə səs verəcəyi heç kəsdə şübhə doğurmur.

Laçın

11 aprel 2018-ci il tarixində keçiriləcək Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyasına start verilib. 11aprel 2018-ci il Prezident seçkiləri üzrə Təşviqat Qrupunun Laçın rayon şöbəsi böyük coşqu ilə təbliğat kampaniyasına başlayıb. Təbilğat kampaniyasına “İlhamla İrəli ” devizi altında plakatların təbliğat lövhələrində asılması ilə start verildi. 11aprel Prezident seçkiləri üzrə təşviqat qurupunun üzvləri və gənclər kampaniyanın uğurla başa çatdırıblar.

121 saylı Laçın seçki dairəsi üzrə 102 seçki məntəqəsi yerləşir. Laçın rayonunda 46200 seçici qeydiyyatdadır. Laçın seçiciləri həmişə olduğu kimi bu dəfədə fəallıq göstərəcəklər çünki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti son illər cox böyük uğrlar qazanıb, ölkəmizin iqtisadiyyatı yüksək sürətlə inkişaf edir. Xalqımızın rifah halı əsaslı şəkildə yüksəlib, ölkəmizin beynəlxalq səviyyədə nüfuzu durmadan artır. Bütün bu nailiyyətlər hər bir azərbaycanlıda qürür hissi doğurur. Ona görədə xalqın qarşıdan gələn Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verəcəyi heç kəsdə şübhə doğurmur.

Bütün xəbərlər Facebook səhifəmizdə