Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında izləyicilərin suallarını cavablandırıb
Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimova “Həkim məsləhəti” rubrikasında bel ağrıları və bu ağrıların səbəbləri barədə izləyicilərin suallarını cavablandırıb. Həkimin tövsiyələrini nəzərinizə çatdırırıq.
Belimiz nədən ağrıya bilər?
Demək olar ki, hamımız bel ağrısının nə olduğunu bilirik; ya özümüz rastlaşmışıq, ya da dost-tanışlarda bu problem olub. Rəsmi statistikaya görə əhalinin 80%-i bu ağrılı vəziyyətdən əziyyət cəkir, ya da həyatda heç olmasa bir dəfə əziyyət çəkib. Qadınlarda və kişilərdə təxminən eyni tezliklə rast gəlinir. Bel ağrısının intensivliyi uzunmüddətli sızıltıdan çox kəskin və hərəkəti tam məhdudlaşdıran simptoma qədər dəyişə bilər.
Bel ağrısı qəflətən başlaya bilər (misal üçün, ağır bir əşya qaldırandan sonra), ya da zamanla bel strukturunda dəyışikliyə görə tədricən başlayır. Ən çox hallarda bel ağrısı kəskin başlanğıcla müşahidə olunur və bir neçə gün ya bir neçə həftə çəkir. Xroniki ağrılar 12 həftədən cox çəkir. Təxminən 20% hallarda kəskin ağrısı olan pasiyentlər sonra xroniki ağrı sindromu ilə qarşılaşır.
Bel ağrıları əksər hallarda mexaniki səbəblərə görə başlayır, yəni onurğanın strukturların (fəqərələr, disklər, əzələ və bağlar) normal yerləşməsi, struktur və hərəkətinin pozulması nəticəsində baş verir.
Bel strukturları hansılardır?
Onurğanın bel hissəsində 5 fəqərə var (L1_L5) və onlar yuxarı gövdənin ağırlığını daşıyır. Fəqərəarası məsafələrdə yumru yastıqçalar var – bunlar fəqərəarası disklərdir. Bu disklər fəqərələrə düşən ağırlığı və hərəkət zamanı dinamik yüklənməni öz üzərinə götürür. Diskin quruluşu haqqında biz fəqərəarası disk yırtıqları mövzusunda daha ətraflı danışarıq. Bağlar və vətərlər fəqərələri fiksasiya edir və əzələləri onurğaya birləşdirir. 31 sinir cütu onurğadan çıxır və bədənin hərəkətlərini kontrol edib bədəndən siqnalları beyinə otürür.
Bel ağrılarının səbəbləri
Aşağıdakılar bel ağrılarının tez-tez rast gəlinən səbəbləridir. Hər biri ayrı bir patologiya olduğuna görə burada sadəcə qısa bir məlumat verəcəyik.
• Onurğa əzələsinin və bağların dartılması - bu tip kəskin ağrılar əzələ və bağların həddən artıq gərilməsi və zədələnməsi ilə bağlıdır. Çox vaxt narahat, ağır və texniki düz olmayan hərəkətdən sonra əmələ gəlir. Bu tip hərəkətlər bel əzələlərində ağrılı spazm da yarada bilər. Bel əzələləri ilə bağlı ağrılar ayrı sindrom kimi də çıxış edə bilər (m. Psoas sindromu və s.)
• Spondilyoz və fəqərəarası disklərin degenerasiyası. Ən cox rast gəlinən səbəblərdən biridir. Bu proses onurğa sütünunun elementlərinin normal strukturu dəyişəndə baş verir. Daha çox yaşlanma prosesi ilə əlaqədar olur.
• Disk yırtıqları və protruziyalar. Çox geniş yayılmış problemdir və növbəti postumuzun mövzusudur.
• Radikulopatiya - bu vəziyyət sinir kökünün sıxılması, zədələnməsi və iltihablaşması nəticəsində baş verir. Sinir sıxılanda ağrı, keyləşmə və digər simptomlar sinir innervasiya sahəsində müşahidə oluna bilər. Radikulopatiya ən çox spinal stenoz və disk yırtığı zamanı sinir sıxılmasında baş verir.
• İşiaz - oturaq sinirin iltihablaşmasıdır. Bu sinir bədənin ən iri və uzun siniridir. Bel nahiyəsində bir neçə sinirin birləşməsindən əmələ gələn bu sinir ayaq pəncəsinə qədər uzanır. İşiazda müxtəlif ağrilar ola bilər, beldən başlayıb ayağın barmaqlarına qədər irradiasiya verə bilər. Kəskin, yandırıcı, “cərəyan vuran” kimi, ya da yorucu sızıltı şəklində ağrılar olur.
• Piriformis sindrom - oturaq sinirinin piriformis əzələsinin altında sıxılması, ya da qıcıqlanması nəticəsində baş verən ağrılı bir sindromdur. İşiazın təxminən 5%-i bu sindromla bağlı olur. Travmalar və uzunmüddətli oturaq rejimi bu sindromun yaranmasının əsas səbəblərindəndir.
• Spondilolistezis - bu hallarda fəqərələr normal pozisiyasından “sürüşür” və onurğa beyini və sinirlərini sıxa bilər.
• Spinal stenoz- onurğa kanalının daralması nəticəsində baş verir və sinirlərin sıxılması ilə müşahidə olunur. Bu vəziyyətdə hərəkət zamanı ayaqlarda keyləşmə və ağrı olur. Stenoz artdıqca ayaqlarda zəiflik, hissiyyat və hərəkət pozulması baş verə bilər.
• Onurğa deformasiyaları - skolioz (bel əyriliyi), lordoz və digərlər. Onurğa deformasiyalarında əzələlər həddən artıq və assimetrik yüklənir, bu da öz növbəsində ağrılara yol aça bilər.
Bəzən bel ağrısı daha ciddi xəstəliklərlə bağlı olur. Onların arasında infeksion proseslər, törəmələr, abdomen və çanaq orqanlarında patologiyaları və s. qeyd etmək olar. Buna görə də, bel ağrılarından əziyyət çəkənlər vaxtında müayinədən və müalicədən keçməlidir.
Bir sıra xəstəliklərdə də tez -tez bel ağrısına rast gəlmək olar:
• Oynaqların iltihabi xəstəlikləri, osteoartrit, revmatoid artrit, spondilit və s.
• Osteoporoz - sümük möhkəmliyinin azalması, bu xəstəlik eyni zamanda fəqərələrin və digər sümüklərin sınıqlarına səbəb ola bilər.
• Fibromialgiya - xroniki yayılmış ağrı sindromu, əzələlərdə ağrı və zəifliklə müşahidə olunur.
Biz bel ağrılarının tez-tez rast gəlinən səbəblərini qısa olaraq qeyd etdik. Növbəti postumuzda bel ağrılarının yaranmasında risk faktorlarından və fəqərəarası disk yirtiqları və protruziyadan danişacağıq. Bizimlə qalın!
Xəbər lenti
“Bu, yuxumda gördüyüm məsciddir...”
Sosial 19:05Pompeydə divarda qədim eşq elanı tapılıb...
Maraqlı 18:54Sükanı və ya pedalı olmayan elektrikli avtomobil...
Texnologiya 18:46Pəhriz və acqalmanın təhlükələri..?
Səhiyyə 18:24Bitkoin ucuzlaşdı
İqtisadiyyat 16:22Azərbaycan Türkiyədən elektrik məhsulları idxalına çəkdiyi xərci artırıb
İqtisadiyyat 15:17Jelka Tsviyanoviçin Azərbaycana səfəri başa çatıb
Siyasət 13:26Sabah Bakıda 13 dərəcə isti olacaq
Sosial 12:25Salyanda 4 yaşlı uşaq su quyusuna yıxılaraq ölüb
Hadisə 11:49Ötən gün 5 avtomat silahı, 19 tüfəng aşkarlanıb
Hadisə 11:39Bakıda market və bank kartından oğurluq edilib
Hadisə 11:06Azərbaycan XİN Efiopiyaya başsağlığı verib
Siyasət 10:49Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci 2 % artırıb
İqtisadiyyat 10:47Bakıda NATO-nun kursu keçirilib - FOTOLAR
Siyasət 10:12Azərbaycan neftinin qiyməti 109 dolları ötüb
İqtisadiyyat 09:15Premyer Liqada növbəti oyunlarına çıxacaq
İdman 09:04Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı
Sosial 04:03"Fənərbaxça" səfərdə uduzdu
İdman 03:02Xruşşovun nəticəsi xarici agent elan olundu
Dünya 01:03Bakıda məktəblilər arasında bıçaqlanma hadisəsi olub
Hadisə 13 Mart 23:28"Türk millətinin duaları..." - İrandan Türkiyəyə təşəkkür MESAJI
Dünya 13 Mart 23:15Yaşıllıqlara 73 min manatdan çox ziyan dəyib - dövlət xidməti
Sosial 13 Mart 23:02"İşlər daha da pisləşəcək" - Lukaşenkodan Trampa İran mesajı
Dünya 13 Mart 22:24Daha bir tiktoker həbs edildi
Sosial 13 Mart 22:16Ceyhun Bayramov Hakan Fidanla telefonda danışdı, raket hücumunu pislədi
Siyasət 13 Mart 22:02Nissan ən populyar modelini yeni görünüşdə təqdim etdi…
Texnologiya 13 Mart 21:57Billi Ayliş filmdə debüt edə bilər…
Mədəniyyət 13 Mart 21:39Ölümcül diaqnozunu şampun etiketindən öyrəndi...
Səhiyyə 13 Mart 21:24Aurora Kiba Lepsdən ayrılmasının səbəbini açıqlayıb...
Maraqlı 13 Mart 21:05Asteroid 100 metr hündürlükdə meqatsunamini işə saldı...
Texnologiya 13 Mart 20:47Uçan avtomobillər bu yay səmaya qalxa bilər...
Texnologiya 13 Mart 20:34Alimlər uğur üçün yeni bir düstur müəyyən ediblər...
Sosial 13 Mart 20:25Qlobal enerji bazarı gözümüzün önündə dəyişir...
İqtisadiyyat 13 Mart 20:14Keti Perri ilə Keti Perri arasında mübahisə yarandı...
Maraqlı 13 Mart 20:05Hansı qidalar soyuducuda saxlanılmamalıdır..?
Səhiyyə 13 Mart 19:53Kventin Tarantino teatr üçün pyes yazıb…
Mədəniyyət 13 Mart 19:45“Bizi biz edən və utandırmayan bütün işlərə dəstək olmalıyıq” - TÜNZALƏ AĞAYEVA
Şou-Biznes 13 Mart 19:39Moskvalılar ratsiya və peycer almağa başlayıblar…
Dünya 13 Mart 19:34Varşava gecə vaxtı spirtli içki satışına qadağa qoyur…
Dünya 13 Mart 19:26ABŞ-da unikal robot əl yaradılıb…
Texnologiya 13 Mart 19:14“İranlılar rejimi devirmək üçün İsrail ordusu ilə əməkdaşlıq edirlər”..?
Dünya 13 Mart 19:05Sağlamlığınıza zərər vermədən nə qədər şəkər yeyə bilərsiniz?
Səhiyyə 13 Mart 18:54NASA Aya missiya buraxılışını aprelin 1-də başlatmağı planlaşdırır...
Texnologiya 13 Mart 18:43Əsas tərəfdaşlar ABŞ-ın təzyiqi altında İrana arxa çeviriblər...
Dünya 13 Mart 18:35ABŞ İrana kömək edən ölkələrə sərt cavab verməyə hazırdır...
Dünya 13 Mart 18:25“Kreml postsovet məkanında təsirini itirib”…
Dünya 13 Mart 18:16Media: “İranla müharibənin əsas məqsədi dəyişməz olaraq qalır..?”
Dünya 13 Mart 18:04"Azərsun Holdinq” 4-cü Sənaye İnqilabı üzrə Dövlət Proqramına qoşulur
İqtisadiyyat 13 Mart 18:01DİQQƏT! Bu cür çay qan təzyiqini azaldır
Səhiyyə 13 Mart 17:25Adnan Əhmədzadənin cəzası əməllərinə adekvat olacaq ANALİZ
Siyasət 13 Mart 17:23Qoturluq xəstəliyinin yaranma səbəbləri, əsas əlamətləri və müasir müalicə üsulları
Səhiyyə 13 Mart 16:44XIII Qlobal Bakı Forumunun ikinci günü - FOTOLAR
Siyasət 13 Mart 16:40Türkiyə ərazisinə növbəti raket buraxılışı regional sabitliyə təhlükədir - Azərbaycan MN
Siyasət 13 Mart 16:38Son bir ildə deputatlar Nazirlər Kabinetinə 124 müraciət ünvanlayıb
Siyasət 13 Mart 16:35Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim
İqtisadiyyat 13 Mart 16:17Oruc tutduqda damarlarımız necə təmizlənir? - HƏKİM AÇIQLADI
Səhiyyə 13 Mart 16:03Xocavənd şəhərində əmək yarmarkası keçirilib
Sosial 13 Mart 15:47Özəl xəbərlər
Digər xəbərlərDİQQƏT! Bu cür çay qan təzyiqini azaldır
Səhiyyə 13 Mart 17:25Oruc tutduqda damarlarımız necə təmizlənir? - HƏKİM AÇIQLADI
Səhiyyə 13 Mart 16:03"Enerji marşrutlarında risklər dünya bazarına təsir edir"
Siyasət 13 Mart 15:37
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9556
0,00%
-
GBP
2,2664
0,00%
-
RUB
2,1356
0,00%
2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;

.jpg)

