Gömrük Akademiyasının Tələbə Elmi Cəmiyyəti təsis edilib

Dövlət Gömrük Komitəsinin Akademiyasında tədrisin elmi fəaliyyətlə vəhdətinin təmin edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. SİA-nın verdiyi məlumata görə, müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələrin sırasından elmi fəaliyyətə həvəs göstərən tələbələrin iştirakı ilə Tələbə Elmi Cəmiyyətinin (TEC) təsis konfransı keçirilib. Konfransda TEC haqqında əsasnamə qəbul edilib.

Akademiyanın rəisi Qulu Novruzovun sərəncamı ilə Tələbə Elmi Cəmiyyəti Şurasının tərkibi təsdiq olunub, Şuranın rəhbər şəxsləri seçilib. Şuranın tərkibinə daxil edilən müəllimlər və tələbələr təhsilalanlar arasında təbliğat apararaq fənn müəllimləri tərəfindən tələbələrə elmi araşdırmalar üçün tapşırıqlar verilməsini təmin ediblər.

Tələbələrin bu tapşırıqlar ətrafında aparacaqları araşdırmaların nəticələrinin 2020-ci ilin aprel ayında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunacaq tələbə konfransında təqdim olunması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...