Sabah ilk dərs "İdman və sağlamlıq" mövzusuna həsr ediləcək

Sabah məktəblərdə ibtidai sinif şagirdləri üçün ilk dərs məşğələsi "İdman və sağlamlıq" mövzusuna həsr ediləcək. SİA-nın məlumatına görə, V-IX siniflərdə ilk dərs "Mütailə - mənəvi zənginliyə aparan yol" mövzusunda olacaq. X-XI siniflərdə isə ilk dərs "Azərbaycan inkişaf yollarında" mövzularına həsr olunacaq. Qeyd edək ki, şagirdlərin ilk dərs məşğələsinin həsr ediləcəyi mövzu Təhsil nazirinin müvafiq əmri ilə müəyyən edilir.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə