Vəkil olmaq istəyənlər üçün tеst imtаhаnı keçirilib

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyası ilə birgə 2019-ci il sentyabrın 8-də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib. DİM-dən SİA-ya verilən məlumata görə, imtahan kompüterlər vasitəsilə elektron qaydada aparılıb. Namizədlər imtahanı bitirdikdən dərhal sonra onlara nəticələri haqqında arayış təqdim olunub.

İmtahanda iştirak edən 237 namizəddən 189 nəfər müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə