Tələbələrin təqaüdünün bərpasına dair yeni prosedur

Ali məktəblərdə, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində tələbələrin təqaüdünün bərpasına dair yeni tələb müəyyənləşib. SİA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nda müvafiq dəyişiklik edib.

Qüvvədə olan qaydalara əsasən, xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla, tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən məhrum edilir. Əgər həmin tələbə cari semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, onun təqaüdü növbəti semestrdən bərpa olunub. Dəyişikliyə əsasən, bundan sonra bu halda həm də həmin tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətləri əsas götürüləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...