Məktəblilərarası dama yarışı keçirilib FOTO

Bakı şəhəri üzrə məktəblilər arasında dama idman növü üzrə yarış keçirilib. Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, 9 noyabr-Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağım qürurumdur” adlı yarışın təşkil olunmasının əsas məqsədi şagirdlərə vətənpərvərlik hissləri aşılamaq, dövlət atributlarına, xüsusən üçrəngli bayrağımıza olan sevgi və ehtiramı yüksəltmək, məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, məktəblərarası əməkdaşlığı gücləndirməkdən ibarətdir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 84, 85, 140, 232, 316, 327 nömrəli tam orta məktəblərin şagirdlərindən ibarət komandalar 3 tur üzrə yarışda qalibiyyət uğrunda mübarizə aparıblar.

Yarışın nəticələrinə əsasən, 85 nömrəli tam orta məktəbin komandası I, 232 nömrəli tam orta məktəbin komandası II, 316 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə