TOEFL imtahanı növbəti dəfə noyabrın 10-da keçiriləcək

Növbəti TOEFL imtahanının noyabrın 10-da keçirilməsi nəzərdə tutulur. Dövlət İmtahan Mərkəzindən (DİM) SİA-ya bildiriblər ki, qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək olar. http://www.dim.gov.az/activities/exams/toefl/

Qeyd edək ki, DİM-də oktyabrın 20-də “TOEFL IBT” və “PTE ACademic” ingilis dili imtahanları keçirilib. İmtahanlar DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub.

İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...