ADU-da Çin təbabəti üzrə seminar təşkil olunub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda ənənəvi Çin təbabəti üzrə seminar təşkil olunub. ADU-dan SİA-ya verilən məlumata görə, seminar çərçivəsində tibb sahəsi üzrə ekspertlər, professorlar Van Cuençin və Quo Çaotan ənənəvi akupunktur və müxtəlif terapiya üsulları üzrə ustad dərsləri keçiblər.

Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov ənənəvi Çin təbabətinin tarixi və fəlsəfi konsepsiyaları haqqında danışıb. R.Abbasov Azərbaycan-Çin humanitar əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini deyib, Ümummilli lider Heydər Əliyevin Çinə tarixi səfəri zamanı sağlamlıq və tibb elmləri sahəsində ölkələrimiz arasında imzalanmış sazişi xatırladıb.

Professorlar Van Cuençin və Quo Çaotan tənəffüs diaqnostikası, palpasiya, terapevtik gimnastika məşğələləri, ənənəvi Çin təbabəti diaqnostikasının əsas qaydaları və üsullarından bəhs edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...