UNEC – tədqiqat universitetinə doğru növbəti addım

UNEC-in əqli mülkiyyəti olan Differensial Əmək Haqqı Sisteminə dəyişikliklər edilib. UNEC-in Elmi Şurasında 2018/2019-cu tədris ili üçün “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi haqqında qaydalar”a olunan dəyişikliklər təsdiq edilib.

Dəyişikliklərin əsas məqsədi UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəfinə nail olmaqdır. Differensial əmək haqqı sisteminə edilən yeni dəyişikliklərə əsasən, qiymətləndirmə sistemində elmi fəaliyyətlərin payı 40%-dən 70%-ə yüksəldilib. Yeni qaydalara görə, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb, həmçinin “Scopus” bazasında elmi məruzələrin dərc olunması da nəzərə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə