Bu məktəblərdə məktəbəhazırlıq qrupları yaradılmayacaq RƏSMİ

Təhsil Nazirliyi Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarının hansı məktəblərdə təşkil edilməyəcəyini açıqlayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.

Bununla yanaşı, Binəqədi rayonu üzrə 83 və 299 nömrəli məktəb-lisey, 126,179, 205, 298 və 306 nömrəli, Nərimanov rayonu üzrə 304 nömrəli məktəb-lisey və 93, 193 nömrəli, Səbail rayonu üzrə 50 və 162 nömrəli, Nəsimi rayonu üzrə 14 nömrəli, Pirallahı rayonu üzrə 131 nömrəli, Qaradağ rayonu üzrə 195 nömrəli, Sabunçu rayonu üzrə 4, 22, 71, 81, 113, 192, 198, 255, 296 və 311 nömrəli, Suraxanı rayonu üzrə 316 nömrəli, Xətai rayonu üzrə 264 nömrəli məktəb-lisey, 221, 249 və 269 nömrəli, Xəzər rayonu üzrə 92, 149, 216, 218 və 326 nömrəli və Yasamal rayonu üzrə 167 və 175 nömrəli tam orta məktəblərdə 2018/2019-cu tədris ilində məktəbəhazırlıq qrupları təşkil edilməyəcək.

Bunun səbəbi həmin məktəblərin şagird tutumunun məktəbəhazırlıq qruplarının fəaliyyətinə imkan verməməsidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...