Təhsil nazirinin müavini QDİƏT-ə üzv dövlətlərin nazirləri ilə görüşdə

Aprelin 20-də təhsil nazirinin müavini Firudin Qurbanov Moskvada təşkil olunan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin təhsil nazirlərinin görüşündə iştirak edib. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirin açılış mərasimində Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva və QDİƏT-in baş katibi Mixael Kristides çıxış ediblər.

Daha sonra görüşdə iştirak edən üzv dövlətlərin nümayəndələrinə söz verilib. Firudin Qurbanov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət strategiyası” çərçivəsində təhsil sahəsində aparılan islahatlar və onların müsbət tendensiyaları haqqında tədbir iştirakçılarına məlumat verib.

Nazir müavini həmçinin, ölkəmizin QDİƏT üzv dövlətləri ilə təhsil sahəsində ikitərəfli əsasda həyata keçirilən əməkdaşlığı, xüsusilə ali təhsil müəssisələri arasında mövcud əlaqələri qeyd edib

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə