Birinci sinfə qəbulla bağlı suallar cavablandırılır

22 fevral – 2 mart 2018-ci il tarixlərində paytaxt məktəblərində I sinfə qəbulla bağlı valideynləri (qanuni nümayəndələri) maraqlandıran məsələlərə daha geniş aydınlıq gətirmək üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Facebook” səhifəsində müvafiq suallara cavab veriləcək.

Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, suallar şərhlər vasitəsilə cavablandırılacaq. İstifadəçilərdən təkrarlanan suallarla müraciət etməmək xahiş olunur.

Şərh yazarkən müvafiq qanunvericiliyin tələblərinə əməl edilməlidir. Əks halda, belə şərhlər səhifədən silinəcək.

Müraciətlər yalnız paytaxt məktəblərində I sinfə qəbulla bağlı olmalıdır.
Böyük hərflərlə yazılan şərhlər sistem tərəfindən avtomatik olaraq gizlədilir. Odur ki, belə şərhlər cavablandırılmır.

I sinfə elektron sistem vasitəsilə şagird qəbulu haqqında məlumatlar: http://edu.gov.az/az/page/522/14670

Bütün xəbərlər Facebook səhifəmizdə