Western Caspian University və “Bakcell” əməkdaşlıq memorandumu imzalayıb SƏS TV

Western Caspian University (Qərbi Kaspi Universiteti) və “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. SİA-nın xəbərinə görə, imzalanma mərasimində fikirlərini bildirən Universitetin rektoru professor Andris Leitas söyləyib ki, sənəd tərəflər arasında elm, təhsil, kadr məsələləri, qarşılıqlı maraq kəsb edən digər sahələrdəki əməkdaşlığı nəzərdə tutur və bu əməkdaşlıq nəinki yalnız tərəfdaşlar, ölkə təhsili və iqtisadiyyatı üçün olduqca faydalı olacaq, gənclərin yeni dünyanın çağırışlarına və əmək bazarına uyğun mütəxəssis olaraq yetişdirilməsinə əhəmiyyətli töhvə verəcək.

Onun sözlərinə görə, tərəfdaşlıq barədə sənəd birgə layihələrin, əməkdaşlıq edilən sahələr üzrə elmi tədqiqat işlərinin aparılmasında stimullaşdırıcı tədbirlərin qarşılıqlı həyata keçirilməsi, tələbələrin təcrübə keçməsi üçün dəstək verilməsi, universitet məzunlarının ixtisaslarına uyğun işlə təmin edilməsinə dəstək verilməsini nəzərdə tutur: "Eyni zamanda razılaşmaya əsasən universitet tərəfindən qurulmuş Texnoparkın (Yüksək Texnologiyalar Parkının) inkişaf etdirilməsi, bu Texnoparkda müxtəlif istiqamətlər üzrə Startap layihələrinin həyata keçirilməsinə birgə dəstək göstərilməsi planlaşdırılır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə