Birinci Avropa Gənclər olimpiadasından bürünc medal

7-13 sentyabr tarixlərində Bolqarıstanın Sofiya şəhərində Birinci Avropa Gənclər olimpiadası keçirilib. SİA-nın xəbərinə görə, kompüter proqramlaşdırılması sahəsində keçirilən olimpiadada 15 yaşa qədər Avropa ölkələrinin şagirdləri iştirak edib.

Olimpiadada şagirdlər proqramlaşdırma dillərindən birində kompüter alqoritmi həll etmək məsələsi ilə qiymətləndiriliblər. 22 ölkənin qatıldığı Birinci Avropa Gənclər olimpiadasında Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Abutalıb Namazov bürünc medal qazanıb.

Müəllif: Nailə Məhərrəmova
loading...