"Neftin dünya bazarında qiymətləri geosiyasi fona əsaslanır" EKSPERT RƏYİ

Dünya bazarında neftin qiyməti ABŞ və Çin arasında ticarət münaqişəsinin mümkün həllinin müsbət gözləntiləri fonunda artıb. SİA-nın xəbərinə görə, bunu Beynəlxalq Maliyyə Mərkəzinin eksperti Heydər Həsənov açıqlayıb.

O bildirib ki, iki ölkə arasında uzunmüddətli dövrdə ticarət müharibəsinin nəticələri növbəti bir neçə ildə neftə olan tələbatı xeyli zəiflədə bilər: “Lakin iqtisadiyyat yavaş-yavaş artacaq”.

Ekspertin sözlərinə görə, 2024-cü ilə qədər neft tələbi gündə 32,8 milyon barelə qədər azala bilər ki, bu da OPEK ölkələrinin gündə 35 milyon barel təşkil etdiyi ilkin proqnozundan əhəmiyyətli dərəcədə azdır: “Bu rəqəmləri nəzərə alaraq anlamaq lazımdır ki, gələcəkdə azaldılmış neft tələbi indiki neft qiymətlərində nəzərə alınır, lakin OPEC + ölkələri tərəfindən kvotalara yenidən baxılması məsələsi açıq qalır”.

H.Həsənov qeyd edib ki, hazırda dünya bazarında neftin qiyməti yenə də geosiyasi bazaya, həm də ABŞ-ın enerji idarələrinin yayımladığı məlumatlara əsaslanır: “Bu gün, Enerji İnformasiya Agentliyi (EIA) neft qiymətlərinə təsir göstərə biləcək xam neft ehtiyatları haqqında yayımlanan məlumatlara cavab verəcək.

ABŞ Neft İnstitutunun xam neft ehtiyatlarının həftədə 4,3 milyon barel artdığını bildirdiyini nəzərə alsaq, EIA-nın Brent markası üçün qiyməti 61.74 dollar səviyyəsinə, WTI şist neftinin bir barreli üçün isə qiymətin 56,12 dollara endirə biləcəyi gözlənilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...