Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4 milyon dolları ötüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4 milyon dolları ötüb.

SİABu Moldovanın Milli Statistika Bürosundan istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 3,7 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 376 min dollarlıq məhsul ixrac edilib.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...