Su müəyyən fasilələrlə veriləcək XƏBƏRDARLIQ

Magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək. SİA xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat verib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə