"Şoranlaşmış torpaqlarla bağlı qanun layihəsi hazırlansın" TƏKLİF

“Ötən ilin ən mühüm və uğurlu hadisəsi Prezident İlham Əliyevin yenidən xalqın etimadını qazanaraq dövlət başçısı seçilməsi oldu. 2018-ci il Azərbaycanın idarəçilik sistemində uğurlu il olub”. SİA-nın xəbərinə görə, bu fikirləri deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında Hökumətin hesabatı müzakirə olunarkən deyib.

O bildirib ki, büdcənin formalaşmasında həlledici rol oynayan dərin islahatların 2018-ci ildə davam etdirilməsi nəticəsində şəffaflıq təmin olundu: “Bu, sahibkarlar arasında da inam mühiti yaratdı. Kənd təsərrüfatına innovativ yanaşma aqrar sektorla məşğul olanlarda fəallığa səbəb oldu. Maliyyə sabitliyi təmin olundu”.

Meşə təsrrüfatının qorunması ilə bağl atılan addımların təqdirəlayiq olduğunu deyən F.Ağamalı bu addımların davam edəcəyinə inandığını dilə gətirib: “Təhsil, səhiyyə, məcburi köçkünlərə diqqətin artırılması sosial sahədə görülən işlərə daxildir. Azərbaycanın dəmiryolu infrasturkutu ilə görülən işlər ölkəmizə itiqsadi dividentlər gətirməkdədir. Bank sisteminin sağlamlaşdırılması istiqamətində atılan addımlar da mühümdür”.

F.Ağamalı qeyd edib ki, Azərbaycanda torpaq fondunun 47 faizi şoranlaşmış vəziyyətdədir: “Bununla bağlı qanunun hazırlanmasına ehtiyac var”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə