Birgə bəyannamənin imzalanması mühüm addımdır

"Bu, Avropanın enerji mənbələrinin və marşrutların daha da şaxələndirilməsi istiqamətində mühüm addımdır".
SİA xəbər verir ki, bunu Avropa Komissiyasının büdcə və kadr siyasəti üzrə komissarı Günter Öttinger Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısınında birgə bəyannamənin imzalanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, tərəfdaşlar yeni infrastrukturdan ən yaxşı şəkildə istifadə etməlidirlər və ən qısa zamanda güclərin azı iki dəfə artırılmasını nəzərdən keçirməlidirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə